Ötən il Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı açıqlandı
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Ötən il ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 360233 müraciət daxil olub.
Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
“Müvafiq dövr ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 82648, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 4776 müraciət daxil olub”, – Xidmətdən bildirilib.
Həmçinin qeyd edilib ki, Xidmətə 2025-ci il ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 11512 müraciət daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 16 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















