Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 avqust, AZƏRTAC
2025-ci ildə Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı icraatda olmuş cinayət işlərinin sayı 2131 təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ötənilki fəaliyyətinə dair illik hesabatda bildirilir.
Hesabat dövründə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin sayı 7, başa çatmış cinayət işləri üzrə vurulmuş ziyan 202,7 milyon manat, cinayət işləri üzrə dövlət büdcəsinə ödənilmiş vəsait 156 milyon manat təşkil edib.
2025-ci ildə icraatda olmuş cinayət işlərinin 980-i və ya 46 faizi başlanmış, 75-i və ya 3,5 faizi əvvəlki ildən icraatda qalmış, 1007-si və ya 47,3 faizi icraatı təzələnmiş, 39-u və ya 1,8 faizi başqa işlərdən ayrılmış, 20 və ya 0,9 faizi qaytarılmış, 10 və ya 0,5 faizi digər hüquq-mühafizə orqanlarından daxil olmuş işlər olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 11 Avqust 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















