Icma.az
close
up
RU
Vüqar Bayramov: Son 4 ildə Azərbaycanla Macarıstan arasındakı ticarət dövriyyəsi 77 faiz artıb

Vüqar Bayramov: Son 4 ildə Azərbaycanla Macarıstan arasındakı ticarət dövriyyəsi 77 faiz artıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda işgüzar səfərdədir. İki ölkə arasındakı strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir".

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.

O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsində də artım dinamikası qorunub saxlanılıb.

"2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 35.2 milyon dollar olmuşdursa, 2022-ci ildə 47.4 milyon dollar, 2023-cü ildə 48.4 milyon dollar və nəhayət 2024-cü ildə 62.3 milyon dollarlıq ticarət qeydə alınıb. Bu o deməkdir ki, son 4 ildə Azərbaycan ilə Macarıstan arasındakı ticarət dövriyyəsi 77 faiz artıb.

Son illər qeydə alınan artım tendensiyasına rəğmən Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə yatırımları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.

Ötən ildən etibarən Azərbaycan mavi qazı Macarıstana çatdırılır. Regional enerji təhlükəsizliyinə yaxından töhfə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb.

Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3.5 milyard kubmetrdən 5.0 milyard kubmetrədək artırılması həmin regionda daha çox ölkənin Azərbaycandan artırılmış həcmdə qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır", - deyə deputat qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri