Ötən il brend dəyərini ən çox itirən şirkətlər açıqlanıb
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünyanın aparıcı brendləri arasında ötən il ən çox dəyər itirən şirkətlərin reytinqi açıqlanıb.
Banco.az xəvər verir ki, məlumatlar Brand Finance şirkətinin hazırladığı “Global 500 2026” hesabatına əsaslanır və qlobal brendlərin illik brend dəyərindəki dəyişiklikləri göstərir.
Reytinqə görə, ötən il brend dəyərini ən çox itirən şirkət Tesla olub. Şirkətin brend dəyəri bir il ərzində 15 milyard dollar azalaraq təxminən 43 milyard dollardan 28 milyard dollara düşüb.
Siyahıda ikinci yerdə Agricultural Bank of China qərarlaşıb. Bankın brend dəyəri 7 milyard dollar azalaraq 63 milyard dollara enib.
Üçüncü yerdə Mercedes-Benz yer alır. Alman avtomobil istehsalçısının brend dəyəri 6 milyard dollar azalaraq 47 milyard dollar səviyyəsində qiymətləndirilib. Eyni həcmdə azalma Porsche brendində də qeydə alınıb və şirkətin brend dəyəri 35 milyard dollar təşkil edib.
Reytinqdə növbəti pillədə telekommunikasiya sahəsində fəaliyyət göstərən Xfinity brendi qərarlaşıb. Şirkətin brend dəyəri ötən il 5 milyard dollar azalaraq 25 milyard dollara düşüb.
Siyahıda lüks moda brendləri də yer alır. Louis Vuitton və Chanel brendlərinin hər biri ötən il 4 milyard dollar brend dəyəri itirib. Hazırda Louis Vuitton brendinin dəyəri 29 milyard dollar, Chanel brendinin dəyəri isə 34 milyard dollar səviyyəsində qiymətləndirilir.
Reytinqdə həmçinin Mitsubishi Group və China State Construction Engineering Corporation (CSCEC) da yer alıb. Mitsubishi Group-un brend dəyəri 4 milyard dollar azalaraq 36 milyard dollara, CSCEC-in brend dəyəri isə 3 milyard dollar azalaraq 25 milyard dollara düşüb.
İlk onluğu ABŞ-da fəaliyyət göstərən CVS şirkəti tamamlayır. Şirkətin brend dəyəri ötən il 3 milyard dollar azalaraq 25 milyard dollar təşkil edib.
Hesabatda qeyd olunur ki, brend dəyəri şirkətin bazar kapitallaşmasını deyil, onun brendinin biznesə verdiyi iqtisadi töhfəni ifadə edir. Qiymətləndirmə zamanı marketinq fəaliyyəti, brendin gücü və maliyyə göstəriciləri kimi amillər nəzərə alınır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 10 Mart 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















