Otuz cüdo məşqçinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdo məşqçilərinin peşəkar inkişafını təmin etmək, onların bilik və bacarıqlarını müasir standartlara uyğunlaşdırmaq məqsədilə məşqçilərin sertifikatlaşdırılması proqramını ardıcıl şəkildə davam etdirir.
AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində III səviyyə məşqçilik hazırlığını yekunlaşdırmış 30 məşqçinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib.
Qiymətləndirmə prosesi məşqçilərin təkcə nəzəri biliklərini deyil, eyni zamanda real məşq şəraitində tətbiq etdikləri metodiki yanaşmaları, texniki-taktiki hazırlıq səviyyəsini və idarəetmə bacarıqlarını müəyyənləşdirməyə xidmət edir. Praktik qiymətləndirməyə milli yığma komandaların performans direktoru Riçard Trautman rəhbərlik edir. Proses beynəlxalq təcrübəyə əsaslanan metodologiya ilə həyata keçirilir və məşqçilərin hazırlıq səviyyəsinin obyektiv şəkildə qiymətləndirilməsinə xüsusi diqqət yetirilir.
Sertifikatlaşdırma proqramının əsas məqsədi ölkədə məşqçilik institutunun gücləndirilməsi, məşqçilərin peşəkar inkişafına stimulların artırılması və nəticə etibarilə Azərbaycan cüdosunun davamlı uğurlarının təmin olunmasıdır.
Məşqçilərin sertifikatlaşdırılması ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən mütəxəssislər üçün də əlavə imkanlar yaradacaq, vahid metodiki sistemin formalaşmasına və cüdonun inkişafına mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 27 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















