Icma.az
close
up
RU
“Neftçi” avrokuboklardan əlini üzməyib” Elvin Bədəlov

“Neftçi” avrokuboklardan əlini üzməyib” Elvin Bədəlov

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Neftçi” avrokuboklardan əlini üzməyib” - Elvin Bədəlov

“Neftçi”nin müdafiəçisi Elvin Bədəlovun QOL.az saytına müsahibəsi

- İlin ilk rəsmi matçında “Zirə” ilə bərabərə qaldınız. 0:0-lıq heç-heçəni necə şərh edərdiniz?

- Oyun çətin keçdi. Mübarizəli qarşılaşma idi. İki tərəf də qələbə qazanmaq istəyirdi. Düzdür, qol epizodları çox olmadı. Amma ümumilikdə görüş maraqlı alındı. Kim 1 qol vursa, o da qalib gələcəkdi. 

- Qələbə qazanmaq üçün qoldan başqa nə çatışmadı?

- Məncə, çatışmayan elə yalnız qol idi. Ümumilikdə isə ilin ilk oyunları həmişə çətin keçir. Fasilədən sonra komandanın formaya düşməsi üçün 2-3 matça ehtiyac olur. İnanıram ki, artıq növbəti görüşlərdə qələbələr gələcək. 

- Əbu-Dabi toplanışında qazanılan qələbələr azarkeşləri ümidləndirmişdi. Lakin “Zirə” ilə görüşdə xal itirdiniz. Düşünmürsünüz ki, yenə azarkeşlərin ümidlərini puç etdiniz? 

- Təlim-məşq toplanışı ilə çempionat fərqlənir. Bu periodu keçmək lazımdır. 1-2 oyun keçid matçı olacaq. İnanıram ki, növbəti görüşlərdə daha yaxşı çıxış edəcəyik və azarkeşlərimizi sevindirəcəyik. 

- Baş məşqçi Yuri Vernidub müsahibəsində bildirmişdi ki, toplanışda fiziki cəhətdən artırmaq lazımdır. Necə düşünürsünüz, “Neftçi” bu çatışmazlığı aradan qaldıra bilib?

- Məncə, pis deyilik. “Zirə” ilə görüşdə də sona qədər mübarizə apardıq. Sadəcə son nöqtəni qoymaq mümkün olmadı. Növbəti matçlarda daha yaxşı nəticələr olmalıdır. Çünki turnir cədvəlində də vəziyyətimiz elədir ki, mütləq qələbələr qazanmalıyıq.  

- “Neftçi”nin avrokubok ümidləri davam edir?

- Əlbəttə. Avrokuboklardan əlimizi üzməmişik. Mövsümün hələ yarısı geridə qalıb. Hazırkı mövqeyimiz ürəkaçan olmasa da, vəziyyəti müsəbət doğru dəyişdirə bilərik. Ona görə azarkeşlərimiz əmin olsunlar ki, sona qədər avrokuboklarda uğrunda mübarizəmizi davam etdirəcəyik. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:471
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Yanvar 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri