Ov mövsümü açıq elan edildi Foto
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilib.
Bu barədə Axar.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.
O qeyd edib ki, Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və bu gündən Azərbaycan ərazisində ov mövsümünün açıq elan edilməsi barədə qərar verilib.
A.Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.
Həmçinin tövsiyə edilib ki, ov zamanı qaydaların mövcud normativlərinə əməl edilməli və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə edilməlidir.
Baxış sayı:105
Bu xəbər 24 Yanvar 2025 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















