Icma.az
close
up
RU
Ov ovlamaq, quş quşlamaq istəyənlərə MƏHDUDİYYƏT: Ancaq qeydiyyat ünvanı üzrə icazə var

Ov ovlamaq, quş quşlamaq istəyənlərə MƏHDUDİYYƏT: Ancaq qeydiyyat ünvanı üzrə icazə var

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasında vətəndaşların ovçuluq fəaliyyəti ilə bağlı bir çox müzakirələr mövcuddur.

Milli.Az xəbər verir ki, redaksiyamıza Sumqayıt ovçuları Yaşmadan başqa əraziyə lisenziya alıb gedə bilmədikləri ilə bağlı müraciət ediblər. 

Müraciətdə qeyd olunur ki, artıq 5 ildən çoxdur Sumqayıt qeydiyyatında olan ovçular Yaşma ovçuluq təsərüffatından başqa qeyri-ovçuluq təsərüffatına lisenziya alıb ova gedə bilmir:

"Bizlərə yalnız Yaşma ovçuluqda ov etməyə icazə verilir. Nəzərə alsaq ki, Yaşma ovçuluq təsərüfatına həm şimal, həm də Bakı ərazisində olan əksər ovçular gəlir və bu da ərazinin o sayda ovçuya əlverişsiz olduğuna görə müsbət qarşılanmır".

Sumqayıt qeydiyyatı olan ovçular bu qərara xitam verilərək bu ilki ov mövsümündə onlara digər ovçuluq təsərrüffatlarına lisenziya alıb ova getməyi istəyirlər.

Məsələ ilə bağlı Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədri Fizuli Əşrəfov bildirir ki, insanlar adətən yaxın ərazilərə ova gedirlər:

"Vətəndaş qeydiyyatından asılı olmayaraq istədikləri, uyğun gördükləri yerdə ov icazə verilən ərazilərə gedə bilərlər. Belə bir hal olmayıb, rastlaşmamışam. Bu vətəndaşın öz arzusundan irəli gəlir. Burda qeydiyyat məsələsindən söhbət gedə bilməz". 

Bəs bu mövzuda qanunvericilik nə deyir? 

Məsələ ilə bağlı vəkil Nurlan Səfərovun sözlərinə görə, "Ovçuluq haqqında"  Azərbaycan Respublikası qanunun 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir:

"Hazırda Respublikamızda 12 ovçuluq təsərrüfatı var ki, ovçuluq bileti və üzvlük biletinə sahib olan hər bir vətəndaş müvafiq icazə alındıqdan sonra sərbəst şəkildə istənilən ovçuluq təsərrüfatında ovçuluq fəaliyyətini həyata keçirə bilər. Sözügedən Qanunun 14-cü maddəsi ov etmək üçün alınan icazə ilə bağlı məsələləri tənzimləyir. Qeyd olunan maddə üzrə elə bir qadağanedici norma yoxdur ki, vətəndaş yalnız qeydiyyatda olduğu ünvan üzrə yerləşən ovçuluq təsərrüfatında ov edə bilər. Əlavə olaraq Qanunun 18.1.1-ci maddəsinə əsasən ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək ovçuların hüququdur. Bu hüququ heç bir hüquqi əsas olmadan məhdudlaşdırmaq qanunvericiliyin tələblərinin pozulması deməkdir.

Sumqayıt şəhəri sakinlərinə ov icazəsinin yalnız "Yaşma Ovçuluq Təsərrüfatı"na verilməsi ayrıseçkiliyin edilməsi bir başa normativ hüquqi aktların tələblərinə ziddir. Belə ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludular və yalnız qanunla nəzərdə tutulmuş hallarda vətəndaşların hüquq və zadlıqlarına müdaxilə edə bilərlər.

Qeyd olunan normativ hüquqi aktların tələblərinə nəzər yetirsək görərik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt sakinlərinə qarşı bu mövqeyi qanunvericiliyə tələblərinə ziddir. Sumqayıt şəhərin də yetəri qədər ovçular var ki, onların bu hüququ məhdudlaşdırıldığı üçün yalnız "Yaşma Ovçuluq Təsərrüfatına" ova gedə bilirlər və buda təhlükəli hal yaradır. Ovçuluq təsərrüfatında həddindən artıq ovçuların bir yerdə cəmlənməsi və onların bir birlərinə yaxın məsafədə ov etməsi  insan həyatı üçün bir başa təhlükə deməkdir".

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Milli.Az-a bildirib ki, Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanununa əsasən qaldırılan məsələ ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. 

"Lakin biomüxtəlifliyin say və növ tərkibinin qorunması, ovçuluq təsərrüfatlarında ekoloji tarazlığın pozulmaması, eləcə də hesabatlılıq və təşkilati məsələlərin düzgün tənzimlənməsi məqsədilə adətən təcrübədə qeydiyyat ünvanı üzrə yaxın ərazilərə ovçuluqla bağlı icazələr verilir".

Aysel Quliyeva
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Sentyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see159

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see151

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see149

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri