“ ov”, “ yev” sonluqlu soyadlar dəyişdiriləcək?
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə “-ov”, “-yev” kimi sovet dövründən qalan sonluqların dəyişdirilməsi dəstəklənir. Bəs soyadların milliləşməsi məcburi ola bilər?
Millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, soyadların milliləşməsi ilə bağlı qanun qəbul olunub və onun müddəalarına əməl edilməlidir:
“Qanuna əsasən, vətəndaşların soyadlarını dəyişmək hüququ var. Ancaq soyad dəyişməsi insanlara məcburi şəkildə tətbiq olunmamalıdır. Bu, şəxsi seçimdir. İnsanların sənədləri, digər hüquqi məsələləri var və bu prosesə məcburən cəlb olunmalarının heç bir məntiqi yoxdur”.
F.Mustafanın fikrincə, insanlar milli soyadlara maarifləndirmə yolu ilə yönəlməlidirlər.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 03 İyul 2025 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















