Overçuk İrəvanda Bakı ilə kommunikasiyalar üzrə üçtərəfli görüşün mümkünlüyünü müzakirə edəcək
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda kommunikasiyaların blokdan çıxarılması məsələsi ilə bağlı Bakı ilə üçtərəfli görüşün mümkünlüyünü müzakirə edəcək.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl Overçuk gələn həftə İrəvana səfər edəcəyini bildirmişdi.
Rusiya baş nazirinin müavininin jurnalistlərə verdiyi məlumata görə, Ermənistanda, həmçinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələləri də müzakirə olunacaq. Bundan əlavə, gələn həftənin sonunda Azərbaycan tərəfi ilə keçiriləcək görüşdə də bu məsələlərə toxunulacaq.
"Hələlik müzakirə edəcəyik. Çünki əgər dəmir yollarının bərpasından danışırıqsa, regionda nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasından danışırıqsa, o zaman burada üçlükdə danışmaq daha yaxşıdır", - deyə Aleksey Overçuk görüşün üçtərəfli formatının nəzərdə tutulub-tutulmaması ilə bağlı suala cavabında bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Avqust 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















