Overçuk Zəngəzura görə İrəvana gəlir
Icma.az, Axar.az saytına istinadən bildirir.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini müzakirə etmək üçün gələn həftə İrəvana səfər edəcək.
Axar.az xəbər verir ki, Overçuk bunu jurnalistlərə açıqlamasında deyib.
“Səfər əvvəlcədən planlaşdırılmışdı. Bu onunla bağlıdır ki, Ermənistan Respublikasının hüquqi tənzimləməsində Avrasiya İqtisadi İttifaqının qanunvericiliyinə zidd olan bir hüquqi akt, Ermənistan hökumətinin fərmanı ortaya çıxıb. Bu məsələ qarşıdakı səfər zamanı müzakirə olunacaq. Vaşinqtonda görüş keçirilib və bəyannamə imzalanıb. Ona görə də ehtimal olunur ki, Ermənistan Baş naziri Nikol Paşinyanla görüş olacaq və biz burada ilk növbədə Cənubi Qafqaz regionunda kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı müəyyən nüansları müzakirə edəcəyik”, - Overçuk bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















