Icma.az
close
up
RU
“Prezidentin ədalətli siyasəti nəticəsində İrəvana, Zəngəzura, Göyçəyə qayıdacağımıza inanıram” Təmraz Tağıyev

“Prezidentin ədalətli siyasəti nəticəsində İrəvana, Zəngəzura, Göyçəyə qayıdacağımıza inanıram” Təmraz Tağıyev

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan ziyalıları ilə görüşü zamanı vurğulayıb ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir. Ancaq ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da xalqımıza məxsus bütün tarixi və dini abidələrimizi dağıdaraq, tarixi irsimizi silmək istəyiblər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev bildirib.

“Vətənini, dövlətini sevən hər bir azərbaycanlı bilir ki, dünyanın böyük güclərinin hərtərəfli dəstəyi ilə tarixi torpaqlarımiza köçürülmüş ermənilər Azərbaycan xalqına qarşı dəfələrlə deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə Azərbaycan xalqına qarşı törədilmiş deportasiya, kütləvi qırğın, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə və soyqırımı çox dəhşətli olub.

Doğulub boya-başa çatdığım doğma yurdum Hamamlı bölgəsi də daxil olmaqla,  məhz erməni separatçılarının etnik təmizləmə siyasəti nəticəsində 300 minlik azərbaycanlı öz doğma yurd-yuvasından erməni separatçı qüvvələri tərəfindən qovulub.

Danılmaz bir faktdır ki, bu gün məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun əsgər və zabitlərinin şücaəti ilə doğma Qarabağ və Zəngəzurumuz erməni separatçılarından təmizlənib. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz bütün ərazisində öz suverenliyini bərpa edərək, həm də regionun əsas aparıcı dövlətinə və söz sahibinə çevrildi. Artıq Prezident bundan sonra Qərbi Azərbaycana qayıdış konsepsiyasını irəli sürdü və bununla da növbəti hədəfimizin Qərbi Azərbaycan olduğunu bir daha bəyan etdi.

Hazırda dünyada yaşayan azərbaycanlıların hər biri, o cümlədən biz də Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsində yaxından iştirak etməyə və bu prosesdə fəal olmağa hazır olduğumuzu bir daha bəyan edirik.

Bu gün Qərbi Azərbaycanlı olaraq inanıram ki, Prezident İlham Əliyevin apardığı haqlı, ədalətli və beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasətin nəticəsində xalqımızın tarixi və mənəvi haqqı olan torpağımız İrəvana, Zəngəzura, Göyçəyə qayıdacağıq”, - deyə Təmraz Tağıyev bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri