Övladını dövlət dəstəyi ilə özəl bağçalara qoymaq istəyənlərin NƏZƏRİNƏ!
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Məktəbəqədər təhsilin əhatə dairəsinin daha da genişləndirilməsi üçün işlər görülür. Əhatə dairəsinə görə ikinci yerdə məktəbəhazırlıq qrupları dayanır və bu qruplarda yeni tədris ilindən 12 minə yaxın uşaq təlimə cəlb ediləcək. Üçüncü mühüm istiqamət icma əsaslı təlim qruplarıdır. Ötən il bu layihə çərçivəsində 1000 uşaq iştirak etmişdisə, bu il yeni tədris ilindən həmin qruplarda təxminən 22 min uşaq təlimə cəlb olunacaq".
Redaktor.az xəbər verir ki, bu barədə təhsil işçilərinin sentyabr konfranslarının yekununa dair hesabat tədbirində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.
Onun sözlərinə görə, ötən il ilk dəfə dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəbəqədər yaşlı uşaqların özəl təhsil müəssisələrində təlimə cəlb edilməsi həyata keçirilib.
"Ötən il 1500 uşaq bu layihədən yararlanmışdı. Planlaşdırılır ki, bu il oktyabr ayından etibarən təxminən 4000 uşaq həmin platformadan faydalansın. Eyni zamanda mövcud ənənəvi bağçalarda infrastruktur tədbirlərimiz davam edir: tələbat olmayan kənd yerlərində qruplar bağlanır, daha yüksək tələbat olan bağçalarda isə əlavə qruplar açılır. Nəticədə minlərlə uşaq məktəbəqədər təhsilə cəlb edilir", - deyə E.Bağırov bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində təxminən 120 min uşaq təlimə cəlb olunub.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:41
Baxış sayı:41 Bu xəbər 12 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 12 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















