Icma.az
close
up
RU
Oxucunun dili ilə yazılmış roman “Aslan və Günəş”

Oxucunun dili ilə yazılmış roman “Aslan və Günəş”

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Murad Hüseyn Difainin yaradıcılığı onun ictimai aktivliyi və bədii duyumu ilə paralel inkişaf edib.

Gənc yaşlarından ölkənin ictimai-siyasi proseslərinə qoşulan Murad, eyni zamanda sözün gücünə, ədəbiyyatın ruhal imkanlarına böyük maraq göstərib. O, yazını təkcə fikir söyləmək vasitəsi kimi deyil, həm də mənəvi axtarışın və ruhun ifadəsi kimi dəyərləndirir. Məhz bu baxımdandır ki, onun əsərləri pafoslu cümlələrdən, süni konfiqurasiyalardan uzaqdır,  orada insan var, sual var və səmimi axtarış var.

Murad “Difai” təxəllüsünü seçməklə Əhməd bəy Ağaoğlunun maarifçi və milli mübarizə yoluna, eləcə də Məhəmməd Əmin Rəsulzadənin ideya irsinə səssiz, amma qətiyyətli bir sədaqət nümayiş etdirir. Bu, sadəcə bir tarixi şəxsiyyəti sevmək deyil,  bu bir ideyaya bağlanmaq, bir mövqedə durmaq, bir yol seçməkdir.

Murad Hüseyn yazılarında oxucuya təriflə deyil, düşüncə ilə təsir edir. Onun bədii dili emosional səmimiyyətə əsaslanır, mətni oxuyarkən oxucu özünü süni bir bədii tamaşada deyil, həyatın içində hiss edir. O, oxucunun dilində yazır, onunla eyni masada oturub danışır. Bu, Muradın qələmindəki ən mühüm fərqləndirici cəhətdir: ədəbi iddia yox, ədəbi ünsiyyət var.

Bu ünsiyyətin zirvəsində isə “Aslan və Günəş” romanı dayanır. Əsərin adında cəmlənən simvollar  “aslan” və “günəş”  yalnız estetik və tarixi yüklə deyil, həm də mənəvi və psixoloji təbəqələrlə zənginləşdirilib. Aslan burada yalnız fiziki güc və cəsarət deyil, həm də əqidəyə sədaqət, daxili iradə və xalqın öz içindən doğan müqavimət enerjisi kimi təqdim olunur. Günəş isə yalnız nur və istilik deyil, eyni zamanda maarifçilik, dirçəliş və mənəvi yüksəliş rəmzidir. Bu simvollar əsərin hər sətrində öz metaforik gücünü qoruyur.

“Aslan və Günəş” oxucuya özünü bədii qəhrəmanların yanında hiss etdirməyi bacarır. Kitabın dili ağır deyil, süni deyil. Oxuyarkən rast gəlinən bu epizodda olduğu kimi: “Aslan və Günəş” təşkilatı 1135-ci ildə böyük Atabəy olan, qüdrətli şəxsiyyət Şəmsəddin Eldəniz tərəfindən öndə gələn türk bəyləri ilə birlikdə yaradılmışdı… Təşkilatın büdcəsi o qədər böyük idi ki, Atabəylər dövlətinin xəzinəsini belə formalaşdıra bilmişdilər…

Burada tarixlə mifologiya, sənədlə bədii təxəyyül birləşir. Müəllif tarixi süjet xəttini sadəcə informasiya vermək üçün deyil, oxucuda milli yaddaşın dirçəldilməsi üçün istifadə edir.

Əsərin başqa bir epizodunda isə real obraz  Selim Tufan həm bir xarici missioner, həm də bir daxili sarsıntı yaşayan insan kimi təqdim edilir:

Selim Tufan Türkiyəli bir katolik və “Pinecone” təriqəti üzvüdür… Lakin nə Selim Tufan, nə də Vatikan həqiqətdə olanlardan xəbərdar deyildilər.

Bu cümlələrdə müəllifin həm bədii fantaziyası, həm də realist müşahidə qabiliyyəti bir araya gəlir. Oxucu bu obrazla həm uzaq bir dini və geosiyasi oyunun iştirakçısı, həm də insanın daxili dilemmasını yaşayan bir varlıqla qarşılaşır.

Murad Hüseynin yazı tərzi təkcə hadisəni danışmaq deyil, həmdə  onu hiss etdirməkdir. Buradakı səmimiyyət, dialoq tonu, ritmik axıcılıq oxucunu yormur. Əksinə, bəzən bir cümlədən sonra dayanmaq, fikrə getmək, sonra oxumağa davam etmək istəyi yaradır.

Muradın istər qəzəl formasında, istərsə də nəsrində əsas olan təbii ifadədir. O, bədii iddiaya deyil, daxili səmimiyyətə və real duyuma söykənir. Bu yanaşma isə çağdaş gənc ədəbiyyat üçün nümunə ola biləcək bir yol xəritəsidir.

“Aslan və Günəş” romanı, bir baxımdan, Murad Hüseyn Difai yalnız yazıçı kimi yox, düşünən bir gənc kimi də təqdimidir. O, keçmişdən gələn simvolları bu günün dili ilə danışdırır, öz oxucusunu isə heç vaxt “uzaqdan” seyrçi kimi deyil, “içəridən” bir iştirakçı kimi görür.

Bu romanın dəyəri onun hadisələrində deyil,  o hadisələri danışmaq tərzində, dili ilə oxucu arasında qurduğu körpüdədir.

Samir Əsədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri