Icma.az
close
up
RU
Oxumağın sağlamlığa faydası: alimlər 5 əsas təsiri müəyyən edib

Oxumağın sağlamlığa faydası: alimlər 5 əsas təsiri müəyyən edib

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oxumaq — sadəcə vaxt keçirmək üçün maraqlı məşğuliyyət deyil, eyni zamanda sağlamlığı yaxşılaşdıran bir fəaliyyət növüdür. Alimlərin fikrincə, mütəmadi kitab oxumaq insan orqanizminə bir neçə istiqamətdə müsbət təsir göstərir.

Daha uzun ömür üçün kitab oxuyun
ABŞ-ın Yel Universitetinin İctimai Sağlamlıq Məktəbinin alimləri tərəfindən aparılan və nəticələri “Social Science & Medicine” jurnalında dərc olunan araşdırmada göstərilib ki, həftədə 3,5 saatdan çox kitab oxuyan insanların 12 il ərzində ölüm riski 23% daha az olub. Alimlər bu effektin dəqiq mexanizmini izah edə bilməsələr də, oxumağın beyin hüceyrələri arasındakı əlaqəni gücləndirdiyini və bu sayədə neyrodegenerativ (Alzheimer və s.) xəstəliklərin riskini azaltdığını ehtimal edirlər.

Oxumağın digər sağlamlıq faydaları nələrdir?
Tribunainfo.az oxumağın sağlamlığa göstərdiyi digər təsirlərini təqdim edir :

Oxumaq stressi azalda bilər

2009-cu ildə Böyük Britaniyanın Sasseks Universitetində aparılan araşdırmaya əsasən, oxumaq stress səviyyəsini 68%-ə qədər azalda bilər. Alimlərin qeyd etdiyinə görə, bu göstərici musiqi dinləməkdən və ya gəzintidən daha yüksəkdir. Belə ki, istər qəzet, istərsə də kitab oxuyan iştirakçılarda cəmi 6 dəqiqə ərzində nəbz sürətinin azaldığı və əzələ gərginliyinin azaldığı müşahidə olunub.

Oxumaq idrak qabiliyyətlərinin zəifləməsini ləngidə bilər

İnsan yaşlandıqca beyin fəaliyyəti və zehni qabiliyyətlər zəifləyir, gənclikdə asan olan tapşırıqlar yaşla çətinləşir. Müxtəlif tədqiqatlara görə, oxumaq bu idrak qabiliyyətlərinin zəifləməsini ləngidə və hətta qarşısını ala bilər. Bu isə ağır idrak pozuntularının, xüsusilə Alzheimer xəstəliyinin qarşısını almağa kömək edə bilər.

2013-cü ildə ABŞ-ın Raş Universiteti Tibb Mərkəzinin alimləri tərəfindən aparılan və “Neurology” jurnalında dərc olunan araşdırma göstərib ki, oxumaq və digər beyni stimullaşdıran fəaliyyətlər demensiyanın inkişafını ləngidə bilər. Bu tədqiqatda orta yaşı 89 olan 294 könüllü iştirak edib. Onlar ölümündən əvvəl 6 il ərzində hər il yaddaş və düşüncə qabiliyyətlərini qiymətləndirən testlərdən keçiblər və həmçinin uşaqlıqdan qocalığa qədər zehni fəaliyyəti stimullaşdıran məşğuliyyətləri barədə anketlər doldurublar. Onların ölümündən sonra aparılan beyin toxuması analizləri göstərib ki, həyatlarının əvvəlində və sonunda oxumaq, yazmaq və digər zehni fəaliyyətlə məşğul olan şəxslərin beynində demensiyaya işarə edən zədələnmələr daha az olub.

Bu nəticələr əvvəlki araşdırmaları da təsdiqləyir: oxumaq, şahmat oynamaq və bənzər intellektual fəaliyyətlər Alzheimer xəstəliyinin inkişaf riskini 2,5 dəfə azalda bilər.

Oxumaq yuxunu yaxşılaşdıra bilər

“Social Science & Medicine” jurnalında dərc olunmuş araşdırmaya əsasən, yatmazdan əvvəl smartfondan istifadə yuxunun müddətini və keyfiyyətini azaldır. Bu baxımdan smartfonu kitabla əvəzləmək faydalı ola bilər. ABŞ-ın Mayo Klinikasının məlumatına görə, yatmazdan əvvəl kitab oxumaq yuxuya keçidi asanlaşdırır və yuxunun keyfiyyətini artırır.

Oxumaq sosial bacarıqları inkişaf etdirə bilər

Bəzi insanlar kitabları reallıqdan qaçış vasitəsi kimi görsə də, araşdırmalar göstərib ki, oxumaq əslində sosial bacarıqların inkişafına töhfə verir. “Science” jurnalında dərc olunmuş araşdırmaya əsasən, bədii ədəbiyyat oxuyan insanlar başqalarının fikirlərinin özlərindən fərqli ola biləcəyini daha yaxşı anlayır və empatiya testlərində elmi ədəbiyyat oxuyanlara nisbətən daha yüksək nəticə göstərirlər. Alimlər hesab edirlər ki, bədii ədəbiyyat oxucunu personajlarla emosional əlaqə qurmağa vadar edir və bu da real həyatda insanlara qarşı empatiya hissini artırır.

Oxumaq intellekti artırır

Araşdırmalar göstərir ki, oxumaq söz ehtiyatını zənginləşdirir və bu da intellekt səviyyəsinin yüksəlməsi ilə əlaqəlidir. “Child Development” jurnalında dərc olunmuş bir araşdırmada isə sübut olunub ki, erkən yaşda oxuma bacarığı yüksək olan uşaqların IQ göstəriciləri də daha yüksək olur. Belə ki, 7 yaşında yaxşı oxuma bacarığı olan uşaqların zəif oxuyan həmyaşıdlarına nisbətən intellekt səviyyələri daha yüksək olub.

Nəticə olaraq, müntəzəm oxumağı həyat tərzinə çevirənlər bu vərdişin yalnız bilik deyil, eyni zamanda sağlamlıq üçün də saysız faydalar gətirdiyindən əmin ola bilərlər.

İmran Kərimli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 İyun 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri