Icma.az
close
up
RU
“Oxumağınız mənim təpəmə dəysin” Əli Mirəliyev od püskürdü

“Oxumağınız mənim təpəmə dəysin” Əli Mirəliyev od püskürdü

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mənim köhnə dostlarım, tanışlarım və məni sevən insanlar məni tədbirlərə dəvət edirlər. Ayda bir-iki belə dəvətlər olur. Amma mən hər gün şou proqramlara gedib iştirak etmirəm. Amma yenə də bu məsələlərlə bağlı kifayət qədər məlumatım var.

Məsələn, bəziləri deyirlər ki, sənətçilərə 8-10 min, hətta 18-20 min manat qonorar verilir. Amma belə deyil. Bu qiymətlərlə bağlı deyilənlərin bir çoxu həqiqəti əks etdirmir. Mən bilirəm ki, kim nə qədər qonorar alır”.

Bunu “Yeni Sabah” müğənni Əli Mirəliyev deyib. O bildirib ki, indi bir çox ifaçılar fonoqramla çıxış edir: Toyuqlu pizza

“Ümumiyyətlə, sənətkarlar özləri qiymət demirlər. Əsl sənətkarlar heç vaxt “mənim qiymətim budur” deməz. Mən öz dövrümün, öz nəslimin sənətkarlarından danışıram. Təəssüf ki, həmin nəslin böyük bir hissəsi artıq dünyasını dəyişib. İndi o nəsildən çox az adam qalıb.

Biz keçmişdə müxtəlif tədbirlərdə, konsertlərdə iştirak etmişik. O vaxt səhnəyə çıxan sənətçilər həqiqətən öz sənətləri ilə seçilirdilər. Mənimlə yanaşı, bir çox tanınmış sənətçilər Azərbaycan xalq musiqisini düzgün şəkildə təbliğ edirdilər.

Biz Azərbaycan musiqisindən başqa musiqilərə üstünlük vermirdik. Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirdik. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi və digər böyük bəstəkarlarımızın əsərləri repertuarımızın əsasını təşkil edirdi. Həmçinin kinofilmlər üçün yazılmış gözəl musiqilərdən də istifadə edirdik.

İndiki vəziyyətə baxanda görürəm ki, bir çox ifaçılar fonoqramla çıxış edir, əlavə səslərdən istifadə edirlər. Müasir texnologiyalarla səsi düzəltmək mümkündür. Amma insanı canlı oxutduranda onun əsl səsinin necə olduğu ortaya çıxır. Canlı oxumaq tamam başqa məsələdir.

Bəzi ifaçılar xarici musiqilərdən, xüsusilə Orta Asiya, Hindistan, ərəb və digər xalqların musiqilərindən çox istifadə edirlər. Azərbaycan musiqisindən uzaqlaşırlar. Halbuki bizim öz musiqi xəzinəmiz var.

Üzeyir Hacıbəylidən başlayaraq Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Ramiz Mirişli, Oqtay Kazımi, Emin Sabitoğlu, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Hökumə Nəcəfova və başqa böyük bəstəkarlarımız Azərbaycan musiqisinə möhtəşəm əsərlər bəxş ediblər”.

Müğənni qeyd edib ki, bu gün bəzi gənclər həmin bəstəkarların adlarını belə tanımırlar:

“Məsələn, Şəfiqə Axundovanı tanımayan insanlar var. Halbuki onun “Gəlin qayası” kimi əsəri Azərbaycan musiqisinin qiymətli nümunələrindəndir.

Bir insan öz xalqının musiqisini bilmirsə, necə bu sahədə fəaliyyət göstərə bilər? Mənim əsas narahatlığım budur. Rayonlardan, bölgələrdən gələn, müəyyən qədər tanınan insanlar müasir texnikalardan istifadə edərək səhnəyə çıxırlar. Aparaturalarla səslər düzəldilir, xaric səslər aradan qaldırılır. Amma həmin adam canlı oxuyanda bütün bunları etmək mümkün olmur.

Ona görə də mən fonoqramdan və bu cür şou proqramlardan uzaq durmağın tərəfdarıyam. Azərbaycan musiqisi bu gün çox ağır vəziyyətdədir.

Muğamımız var və bu, əlbəttə ki, böyük sərvətimizdir. Muğamı yaşadan, dünyaya tanıdan sənətkarlarımız olub. Amma muğamın da öz qaydaları, öz mənası var. Hər muğamın adı və məqamı təsadüfi deyil.

Toylarda da bizim milli musiqilərimiz, xüsusilə “Vağzalı” kimi qədim ənənəvi havalarımız yaşadılmalıdır. Vaxtilə toylarımızda “Vağzalı” çalınardı. Bu, bizim milli yaddaşımızın bir hissəsidir.

Toy sadəcə əyləncə yeri deyil. Orada həm sevinc, həm də kövrək anlar olur. Bir evə gəlin gəlir, başqa bir evdən ana qızını yola salır. Biri sevinir, biri ağlayır. “Vağzalı”nın da belə bir mənası, belə bir ruhu var.

Biz vaxtilə toy məclislərində bu musiqiləri ifa etmişik. İnsanlar həmin mahnıları eşidəndə kövrəlirdilər. Çünki bu musiqilər xalqın yaddaşında, həyatında və duyğularında yaşayır.

Mən özüm də belə mahnıları ifa etmişəm. İstəyənlər “YouTube”da mənim ifalarıma qulaq asa bilərlər. Mənim arzum budur ki, indiki ifaçılar da düzgün yola gəlsinlər. Mən onlara qarşı deyiləm, əksinə, istəyirəm ki, düzgün ifa etsinlər.

Mən demirəm ki, heç kim yeni musiqi yaratmasın. Əksinə, yeni əsərlər yazmaq lazımdır. Amma əvvəlcə bizim musiqimizi, onun qanunlarını və xüsusiyyətlərini bilmək lazımdır.

Mədəniyyət Nazirliyi də bu məsələyə ciddi yanaşmalıdır. Televiziyalarda, musiqi proqramlarında bir növ bədii şura və ya peşəkar komissiya fəaliyyət göstərməlidir. Həmin komissiyada musiqini bilən insanlar, bəstəkarlar, şairlər və peşəkar sənətçilər olmalıdır”.

Ə.Mirəliyev bildirib ki, pul qazanmaq üçün musiqimizi tapdalamaq olmaz:

“Kiminsə fəxri ad alması da təsadüfi olmamalıdır. Bu adlara layiq olan insanlar seçilməlidir. Təəssüf ki, bu gün bəzən musiqidən anlayışı olmayan insanların da müəyyən titullar aldığını görürük.

Biz bu musiqini qorumasaq, gələcəkdə Azərbaycan xalq musiqisinin vəziyyəti daha da ağırlaşacaq. Mən öz xalqımı, öz musiqimi sevirəm. Mən azərbaycanlıyam və Azərbaycan musiqisinin qorunmasını istəyirəm.

Mən Bakıda doğulub böyümüşəm. Mənim üçün Azərbaycan bütün bölgələri ilə doğmadır. Naxçıvan da, Gəncə də, digər bölgələrimiz də mənim elim-obamdır. Ona görə də anlamıram ki, niyə öz milli musiqimizə başqa xalqların musiqilərini bu qədər qarışdırırıq?

Əgər məqsəd pul qazanmaqdırsa, buna görə bizim musiqimizi tapdalamaq olmaz. Müasir musiqilərdən istifadə etmək olar, amma milli musiqimizin hesabına yox.

Muğam oxuyanda da onun mahiyyətini, mənasını bilmək lazımdır. Muğam sadəcə ağızdan gələn sözləri demək deyil. Onun hər şöbəsinin, hər guşəsinin öz mənası var. Bunları bilmədən muğam oxumaq düzgün deyil.

Mən artıq müəyyən yaşa çatmışam və bundan sonra da bu məsələləri deməyə davam edəcəyəm. Mənim məqsədim kiminsə qarşısını kəsmək deyil. Sadəcə istəyirəm ki, insanlar ayılsınlar, öz musiqilərini tanısınlar və qorusunlar.

Mən onları düzgün ifaya çağırıram. Hazır musiqilərin, fonoqramların arxasınca getməkdənsə, özünüz yeni əsərlər yaradın. Bəstəkarlarla işləyin, yaxşı sözlərə musiqilər yazdırın.

Müğənnilərdən biri Cahangir Cahangirovun “Durnalar” mahnısını elə tərzdə oxuyur ki, hər görəndə əsəbiləşirəm. Cahangir hər axşam yuxuma girir. Mənə deyir ki, orda niyə durmusan? Mən də deyirəm ki, tək qalmışam, bu qədər adamla necə mübarizə aparım? Söz də deyəndə oluram qalmaqalçı. Mahnını belə oxumağınız mənim təpəmə dəysin.

Bu işə dövlət qurumları da nəzarət etməlidir. Hər kəs öz işini düzgün görsə, məncə, Azərbaycan musiqisinin vəziyyəti də yaxşılaşar.

Bu sahədə kifayət qədər peşəkar insanlar var. Məsələn, Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov və digər musiqi biliciləri belə komissiyalarda iştirak edə bilərlər. Onların təcrübəsindən istifadə etmək lazımdır.

Musiqi sahəsində də düzgün ifa edən sənətçilər var. Güllü Muradova, Səbini Ərəbli, Zakir Əliyev, Nadir Qafarzadə, Ayaz Qasımov, Samir Piriyev, Elton Hüseynəliyev və başqaları öz üslublarında düzgün ifa edirlər. Gənclər onlara qulaq assınlar, baxsınlar ki, necə düzgün oxumaq, necə düzgün ifa etmək olar.

Mənim sözüm budur ki, musiqimizi qoruyaq. Özümüzə məxsus olanı itirməyək və gələcək nəsillərə düzgün şəkildə çatdıraq”.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Sentyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri