Icma.az
close
up
RU
Oynaq və qığırdaqlar üçün ən vacib zülal KOLLAGEN NƏDİR?

Oynaq və qığırdaqlar üçün ən vacib zülal KOLLAGEN NƏDİR?

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Kollagen nədir? - Bədənimizdə bir tikinti materialı.

Ümumiyyətlə, dəri sağlamlığı olaraq adlandırılan kollagen əslində struktur və funksional olaraq bütün bədənimiz üçün əvəzolunmaz bir protein növüdür.

Kollagen adı yapışqan mənasını verən yunanca "kolla" sözündəndir. Çünki toxumaları yapışqan kimi bir yerdə tutmağa kömək edir. Onun əsas vəzifəsi birləşdirici, toxumu gücləndirmək və bədənin bütövlüyünü qorumaqdır. Vücudumuzda kollagen olmasa, hissələrimiz bir yerdə qala bilməz.

Bədənin birləşdirici toxumasının 80%-ni təşkil edən kollagenin əsas vəzifəsi dəriyə möhkəmlik, elastiklik və davamlılıq verməklə dəri quruluşunu yaradan şəbəkəni qorumaqdır.  

Zülalların üçdə birini təşkil edən kollagen təkcə dəridə deyil, bədənin bütün orqanlarında, o cümlədən birləşdirici toxuma, vətər oynaqları, damar divarları, göz, diş, saç, dırnaq və sümüklərdə struktur bütövlüyünü təmin edir.

Kollagen çatışmazlığı nədir? Kollagen itkisinə səbəb olan amillər nələrdir?

Uzun müddət şüursuz olaraq günəş işığına məruz qalma;

Zehni və fiziki stressdən orqanizm tərəfindən ifraz olunan kortizol miqdarının artması;

Balanssız qidalanma və qeyri-kafi protein qəbulu;

Ətraf mühitin çirklənməsi, kosmetikadan çox istifadə və s. kimi toksinlərə məruz qalma;

Yuxu pozuqluğu və kifayət qədər yatmamaq;

Bədənimizdə sərbəst radikalların miqdarının artması ilə xroniki iltihab;

Həddindən artıq şəkər və təmizlənmiş karbohidratlardan istifadə;

Siqaret çəkmək və spirtli içki içmək;

Menopoz;

Bədəndə vitamin və mineralların udulmasını çətinləşdirən bəzi müalicələr.

Bədənin təbii kollagen istehsalı 20 yaşından sonra hər il 1-1,5 % azalır. Kollagen miqdarı aşağı düşdükcə dərinin elastikliyi azalır, boş və qırışlı bir görünüş yaranır. Bundan əlavə, oynaqlarda ağrı, əzələlərdə boşalma kimi simptomlar meydana gəlir.

Kollagen çatışmazlığı necə müəyyən edilir?

Kollagen çatışmazlığı birləşdirici toxuma, oynaqlar və qığırdaqla birlikdə əsasən dərinin görünüşünə mənfi təsir göstərir: dəri sallanmağa başlayır, möhkəmliyini, parlaqlığını itirir, matlaşır və qırışlar yaranır.

Dərinin nəmlik tarazlığının pozulması dəridə quruma, sallanma, qırışlar, rəng solğunlaşması, yanıq, kəsik və ya zədə zamanı sağalma prosesinin uzanması, göz ətrafında qaz ayaqlarının əmələ gəlməsi, üzdə və göz ətrafında çuxur və göyərmələrlə görünür.

Bədəndə qançırlar, selülit görünüşü və diş ətlərində qanamalar meydana gəlir.

Saç və dırnaqların sağlamlığı ciddi şəkildə pozulur: uzanma yavaşlayır, seyrəkləşmə və tökülmə baş verir.

Dırnaqlarda soyulma, qırılma və göbələk xəstəliyinə meyl yaranır.

Oynaqlar, qığırdaq və birləşdirici toxumada kollagen çatışmazlığı əzələ kütləsinin azalması, idman zədələrindən sonra sağalma prosesinin uzanması, sümük strukturunda zəiflik, qığırdaq toxumasında aşınma və hərəkət zamanı oynaq ağrıları ilə müşayət olunur.

Sümük matriksinin gücünü itirməsi revmatik proseslər, qığırdaq, əzələ və sümüklərin rezorbsiyasını sürətləndirir.

Kollageni necə əldə etmək mümkündür?

Zülal, təzə meyvə və tərəvəzlərlə zəngin balanslaşdırılmış pəhriz yaxşı kollagen sintezi üçün vacibdir. Qırmızı ət, toyuq, yumurta, süd məhsulları və qoz-fındıq protein mənbəyidir.

Təzə tərəvəz və meyvələrlə zəngin pəhriz antioksidan qəbulunu artıraraq kollagenin səviyyəsinə müsbət təsir göstərir.

Vitamin C kollagen istehsalını artırırır. C vitamini sitrus meyvələrində, o cümlədən pomidor, bibər, çiyələk və yaşıl yarpaqlı tərəvəzlərdə boldur.

Sink və mis də kollagen istehsalına faydalıdır. Mis və sink üçün qoz-fındıq, tam taxıllı qidalar və lobya yeyilməlidir.

Sümük iliyi suyu kollagen istehsalını artırmaqda təsirlidir.

Kollagen həb, kapsul, toz, maye və çeynənən tabletlər şəklində də mövcuddur ki, onların daha yaxşı təsir göstərməsi üçün səhər yeməyindən yarım saat əvvəl və ya gecə acqarına qəbul etmək daha yaxşıdır.

 Kollagenin mənfi təsiri varmı?

Kollagenin həddindən artıq qəbulu qanda xolesterinin səviyyəsini artırır və ürək xəstəliklərinin qarşısının alınması və müalicəsinə mənfi təsir göstərir. Xüsusilə, dəniz məhsullarına, mal, toyuq ətinə allergiyası olanlar və şəkər xəstələri arzuolunmaz təsirlərə qarşı daha diqqətli olmalıdır.

Hamilə qadınlar, əmizdirən analar və uşaqlar tərəfindən istifadəsi tövsiyə edilmir.

Həb, kapsul, toz, maye və çeynənən tabletlər vasitəsilə kollagen əlavələrinin istifadəsi yeni metod olduğundan müvafiq doza və effektivliyini yaxşı araşdırmaq lazımdır. Çünki bəzi insanlarda bu, mədə yanması, ishal, ağızda pis dad və yüngül həzm sistemi problemlərinə səbəb ola bilir.

Mənbə: TRT

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri