Oyun oynadığına görə ərini bıçaqladı Rusiyada kuryoz hadisə
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Kronştadt şəhərində sərxoş qadın kompüter oyunlarına aludə olan və ona diqqət göstərməyən həyat yoldaşını bıçaqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın “78.ru” portalı məlumat yayıb.
Bildirilir ki, spirtli içki qəbul edən qadın həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. Daha sonra qadın bıçaqla ərinə zərbə endirib. Qarın nahiyəsindən ağır xəsarət alan kişinin vəziyyətini görən qadın qorxuya düşərək dərhal hadisə yerinə təcili tibbi yardım çağırıb.
O, ilkin olaraq cinayəti gizlətməyə çalışaraq ərinə küçədə tanımadığı şəxslərin hücum etdiyini desə də, sonradan əməlini etiraf edib.
Məhkəmədə peşman olduğunu bildirən qadın hadisənin pərdəarxasından danışıb:
“Çox içmişdim. Yoldaşımın mənə diqqət ayırmaması və davamlı olaraq kompüter oyunları oynaması məni dözülməz dərəcədə əsəbiləşdirmişdi. Hər şey bir anlıq qəzəbdən oldu”.
Qeyd edək ki, sözügedən hadisə sosial şəbəkələrin Rusiya seqmentində müzakirələrə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 24 İyun 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















