Icma.az
close
up
RU
Oyun zamanı düzgün tərbiyə çox önəmlidir AYDINLIQ GƏTİRİLDİ

Oyun zamanı düzgün tərbiyə çox önəmlidir AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Bir uşağın böyüdülməsi zamanı gənc valideynlərin bir neçə psixoloji səhv buraxması təbii haldır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, psixoloji səhvlərdən biri uşağın hər istədiyini etməkdir: "Digər tərəfdən, uşağın rolunu oyunlar zamanı düzgün yönləndirmək ən gözəl tərbiyə üsullarından biridir. Nəyin olub, nəyin olmadığını bir gəlincik üzərində və yaxud oğlan uşağıdırsa, sürmək istədiyi balaca maşınların üzərində göstərmək mümkündür.

Çünki biz övladımızı yetişdirərkən onun psixi xüsusiyyətlərini bilmədikdə bəzən yanlış psixoloji addımlar atırıq. Bu yanlış addımlar uşağın psixi xüsusiyyətinə uyğun olmayan yönəlişlər yaradır. Atılan həmin yönəlişlər şüursuz şəkildə həyata keçirildiyinə görə uşaqların yaddaşında daha çox qalır və valideynlər buna mütləq diqqət yetirməlidirlər.

Bəzən biz övladlarımıza “olmaz” deyirik, amma digər tərəfdən özümüz həmin “olmaz”ı etdiyimiz zaman uşaq artıq bizim dediyimizə məhəl qoymur. Ona görə uşağa nəyinsə edilməsinin olmaz olduğunu öyrədərkən biz öz davranışımızla da bunu göstərməliyik. Sözlə deyil, əməllə göstərilən nümunə uşağa daha güclü təsir edir. Hətta bəzən “ay, ay” kimi səslərlə qadağan etdiyimiz şeylər uşaqlar üçün gülüşə səbəb olur. Onlar bu gülüşün içində dəcəllik edir, bu dəcəllik isə yanlış istiqamətdə davam edərsə, psixoloji səhvlər bir-birini izləyir və nəticədə bu, uşağın yox, valideynin səhvi olur.

Ümumiyyətlə, uşağın ilk şəxsiyyət dövründə və ikinci şəxsiyyət dövründə valideynlər onun yeniyetməlik böhran dövrünün necə keçəcəyini çox gözəl sezə bilərlər. Yetər ki, valideyn övladını tanısın, onun psixi xüsusiyyətlərini bilsin.

Bəzən valideynlər həddindən artıq demokrat olurlar. Uşağın daxilində yaranan müəyyən davranışlar isə sonradan qarşısıalınmaz hala gəlir. Ona görə “orta qızıl sərhəd”i qorumaq vacibdir. Necə ki, mənfi və müsbət bir-birini tarazladığı zaman bir pult işləyirsə, eləcə də uşağın beyin proqnozlaşdırılmasında valideyn həmin pultun obrazını oynayır. Yəni mənfi və müsbət bərabər olmalıdır ki, uşaq yanlış addımlardan və psixoloji səhvlərdən istifadə etməsin".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri