Icma.az
close
up
RU
Oyunda diqtə edən tərəf idik Belarus millisinin baş məşqçisi

Oyunda diqtə edən tərəf idik Belarus millisinin baş məşqçisi

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Yaxşı oynadıq. Razı qaldım. İlk hissədə qol vurmaq üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik. Qapımızda da epizodlar oldu. Oyunda diqtə edən tərəf idik". 

QOL.az xəbər verir ki, bu sözləri Belarus millisinin baş məşqçisi Karlos Alos Azərbaycan yığmasına bu gün qalib gəldikləri yoldaşlıq oyunundan (2:0) sonra mətbuat konfrnasında deyib.

- Nəticələri nəzərə almasaq, Tacikistana qarşı oyun çətin keçdi, yoxsa Azərbaycana qarşı?

- Tacikistana qarşı matçdan fərqli idi. Amma bu gün çətin oyun oldu. Azərbaycan yaxşı komandadır. Onlara hörmətlə yanaşırıq. Heyətində yaxşı futbolçular var. İki il əvvəl biz Azərbaycana uduzmuşduq. Tacikistana hörmətlə yanaşırıq. Oradakı oyunu süni örtüklü meydançada keçirmişdik. Bu gün təbii örtüklü meydanda oynadıq. Fərqli matçlar olsa da, bu gün hardasa çətin oldu.

- Azərbaycanda oynayan belaruslu futbolçuları izləyirsiniz? "Kəpəz"in kapitanı Yeqor Xvalko...

- Bəli, əlbəttə izləyirik. Daim oynamaq lazımdır. Boqomolskinin hazırda oyun praktikası yoxdur. Amma millinin qapıları onun üzünə bağlı deyil. Sadəcə daim oynamaq lazımdır.

- Özünüz Azərbaycan millisinə başçılıq etsəydiniz, hansısa uğur əldə edə bilərdiniz? Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya, Ukrayna və Fransa millisi ilə qarşılaşacaq...

- Öz komandamda görəcəyim çox iş var(gülür). Bu suala mən cavab verə bilməyəcəm. Danimarka, Şotlandiya və Yunanıstanı analiz edəcəyik. Öz qrupumuzdur. Bizim də, Azərbaycanın da qrupda şansı var. Öz komandama fokuslanıram. Biz öz komandamıza inanırıq. Belarus və Azərbaycan üçün çətin görünə bilər. Amma inanmaq lazımdır. Əminəm ki, sizin millinin məşqçilər korpusu da inanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://qol.az
archiveBu xəbər 26 Mart 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri