Icma.az
close
up
RU
Öyünəsi yerimiz var Deputat

Öyünəsi yerimiz var Deputat

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycanın yeni bir geosiyasi güc mərkəzinə çevrildiyini görmək üçün biz yay aylarından bəri başlayan aktiv və intensiv siyasi-diplomatik fəaliyyətə nəzər salmalıyıq. Vaşinqton görüşləri ilə başlayan və sonradan Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, daha sonra TDT və nəhayət, artıq bu günlərdə keçirilən MDB dövlət başçılarının toplantısında Azərbaycana və onun liderinə olan beynəlxalq diqqəti nəzərə alsaq, biz artıq Azərbaycanın bir güc mərkəzinə çevrildiyini təsdiq etmiş oluruq".

Redaktor.az xəbər verir ki, bunu deputat Tural Gənəliyev parlamentin hazırda keçirilən toplantısında bildirdi.

"Azərbaycan hal-hazırda həyata keçirdiyi siyasətlə, diplomatiya ilə - hətta dünənləri biz Düşənbədə də bunun şahidi olduq, - problemin, məsələlərin məhz konstruktiv diplomatiya yolu ilə həllinə nail ola bilən çox güclü bir ölkə və liderə malikdir.

Azərbaycan TDT sədrliyi beynəlxalq geosiyasi vəziyyətin çox gərgin olduğu, tektonik dəyişmələrin baş verdiyi dünyada öz üzərinə götürür və təbii ki, bizim çox böyük təcrübəmiz var, böyük təşkilatlara, böyük hərəkatlara sədrlik etmək baxımından. Məsəl üçün, xatırlayaq, Qoşulmama Hərəkatı, COP sessiyasını çox müvəffəqiyyətlə həyata keçirməyimiz, sədrlik etməyimiz bu təşkilatların imicinə nə qədər müsbət töhfə vermiş oldu. Və TDT hazırda elə ən böyük güc mərkəzi kimi, yeni bir beynəlxalq təşkilat kimi məhz Azərbaycanın sədrliyi dövründə yeni bir dövrə qədəm qoyur.

Artıq qeyd olundu burada, TDT-nin siyasi, iqtisadi, hərbi potensialı Avropa İttifaqı ərazisindən daha böyük bir coğrafiyanı əhatə eləyən, qeyd olunduğu kimi artıq 2 trilyon ABŞ dolları ümumi daxili məhsulu ötüb keçən bir təşkilatdan biz danışırıq. Öyünəsi yerimiz var. Çünki məsəl üçün, böyük yeddilik ölkələrində ümumi daxili məhsul minimum 2 trilyon dolların üzərindədir. Bundan əlavə, qeyd olundu, 200 milyona yaxın gənc, passionar əhali, orta statistik hesablamalara görə Türk Dövlətləri Təşkilatında orta yaş 28-32 yaş hesab olunur ki, bu da təbii, bu arealda, bu coğrafiyada nə qədər güclü iqtisadi potensialın olduğunu göstərir. Və bundan əlavə, təbii ki, bunun böyük transport-kommunikasiya xətlərinin üzərində yerləşməsi çox önəmlidir", - deyə o vurğuladı.

Gəncəliyevin sözlərinə görə, Avropa ilə Asiyanı birləşdirən xətlər, ticarət məhz TDT ərazisindən keçməklə bu təşkilata xüsusi güc qatır:

"2022-ci il Rusiya-Ukrayna müharibəsi başlamamışdan öncə Çin-Avropa arasında ticarət dövriyyəsinin 86%-i Rusiya üzərindən gedirdi. Bu gün artıq orta dəhliz tam funksional olmaq istiqamətində çatıb".

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see311

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see295

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see274

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see268

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see264

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see258

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see256

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see246

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see232

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see225

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see215

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see214

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see211

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see210

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see209

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see209

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see207

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see189

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see178

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri