Icma.az
close
up
RU
Oyununuza bir quş.. danışa da bilmirsiniz!?

Oyununuza bir quş.. danışa da bilmirsiniz!?

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycanlı futbolçunun futbol problemi var; bu absurdun o biri ucunda da danışa, özünü ifadə edə bilməməsi dayanır.

Sıravi futbolçumuza mikrofon uzat, lap elə-belə, sualsız danışmasını istə, bu, onunçün məşəqqətə çevriləcək.

Xalxın futbolçusu avtobioqrafik kitab yazır, bizimkinə, “uduzmaqdan yorulmadınızmı” sualı veriləndə aləmi qarışdırır bir-birinə, sonra da, “Bu suala dzavab verməyədzəyəm” deyib, gedir.

Toral Bayramovu nəzərdə tuturam. Sualın qarşılığında cavab vermək, yaxud cavab verməmək əvəzinə rabitəsiz, anlamsız elə sifət mimikaları edir, bilmirsən sual qarşısında hirsindən partlamaq istəyir, səmimi hisslərlə Haitiyə 0:3 uduzmağın üzüntüsünü yaşıyır, yoxsa nə…

Bunlar komanda şəklində oynaya bilmirlər, heç olmasa, özünüifadəni də öyrənməyiblər?

Azarkeşin içində ali təhsilli, dünyagörüşlü, zəhmətkeş insanlar var ki, futbolçudan iyirmi-otuz, əlli dəfə az qazanır. Haitiyə biabırçı məğlubiyyət onu qəzəbləndirəcək, özündən çıxaracaq da… Yoxsa tənqid, irad “çestinizə” dəyir?!

Anlaşılandır, luzer millinin baiskarı tək siz deyilsiniz, mənfəətbaz idarəçilik, bərbad uşaq futbolu və dəyişikliklərə rəğmən, hələ də düzələcəyinə hansısa ciddi işartı göstərməyən futbol rəhbər(siz)liyi də böyük pay sahibidir. Ancaq təkrar etməkdə fayda var, futbolumuz rəzil durumdadır, ayrı-ayrılıqda qabaran fərdlər olsa da, KOMANDA ola bilmirik, OK! Bəs fərdi özünüifadədə ki sadalananlar baiskar deyil, ey hörmətli Mahir Emreli. Bu yöndə özünüzü inkişaf etdirərdiniz də…

Haiti qarşısında stoplanmanızın Orucluqla hansı əlaqəsi vardı? Niyə etiraf etmirsiniz ki, pis oynadınız, bacarmadınız?

Azarkeşdən, futbol ictimaiyyətindən bu bərbad oyuna görə biriniz üzr istəmədiniz. Əşi, üzrünüzə qalmayıb kimsə, barı bəhanələr uydurmayın, danışa bilməməyinizi dərdimizin üstünə dərd etməyin.

Oyuna hərtərəfli yaxşı hazırlaşdıqlarını deyən Mahir 0:3-ün səbəbini ifadə edə bilmir. Yaxşı hazırlaşan 3 cavabsız qol yemir. Komandada oruclular var idi, nə bilim, əslində taktiki yaxşı hazırlaşmışdıq, bla-bla-bla…

Nə danışıq var, nə jest və mimikaları uyğun ifadə etmək qabiliyyəti. Ancaq özündən müştəbeh hərəkətlər edib lazımsız “qırmızılar” almağa pərgar, cahil kaprizləriylə mənasız mahiyyətə uğrayan “nümunələrdən” xali deyilik.

İsveç səfərində biabırçı məğlubiyyətimizdən sonra Mahir miks-zonada çox uğursuz kədərlənmə tamaşası oynamışdı, yutub səhifəmizdə videosu var.

Belə əcaib vəziyyətləri çox sadalamaq olar. Ancaq özünüifadə problemindən başqa, futbolçuların ciddi danışıq, nitq da qüsuru var. Hərdən elə cümlələr eşidirsən, düşünürsən ki, bu necə bir zülmdür…

Əksəriyyətinin də dilinə, “…önümüzdə baxacağıq” sözləri düşüb.

Türkiyəli futbolçulardan “copy-paste”. Onlar bununla, “fikrimizi qarşıdakı oyunlara verəcəyik” demiş olur, sən binəva bu cümlənlə nə demək istədin? Önünə baxacaqsan? Aha… Nə olacaq onda? Hanı ön? Nə məqsədlə? Önündəki nəyə baxacaqsan?

Bu nə mənasızlıqdır, düşünməmisənmi?

Lap nə demək istədiyini anlaya da bilərik, Türkiyə türkcəsindən hamımız çevirə bilərik cümləni, problem etmərik. Lakin önünə baxıb durmaq durğunluqdur. Mimika və jestləriniz kimi…

Vaxtında danışmağı öyrənməyən sonra bunu düzəldə bilməyəcək. Ən əvvəl, uşaqlarımıza normal nitq, özünüifadə öyrədək. Ey hörmətli klub akademiyaları, uşaqlıqdan futbolçulara danışmağı öyrədin.

Elçin Cəlilov

P.S. 15 ildir Azərbaycanda yaşayan dağıstanlı Bədavi Hüseynovun (kapitanımız) azərbaycanca öyrənməməsi nonsesi ilə əslən azərbaycanlı olan Renat Dadaşovun bizimlə tərcüməçi vasitəsilə danışması da düz mütənasibliyinin vayına otursun.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Mart 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri