Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

“Öz güləş tərzimlə fəxr edirəm” Avropa çempionunun ə MÜSAHİBƏSİ

“Öz güləş tərzimlə fəxr edirəm” Avropa çempionunun ə MÜSAHİBƏSİ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında beş medal qazanan Azərbaycan millisinin üzvləri sentyabr 7-də vətənə qayıdıblar. Cüdoçularımız yarışı üç qızıl və iki bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi hesabda ikinci, oğlanların mübarizəsində isə birinci olub.

Ölkəmizə qızıl medal qazandıran cüdoçulardan biri də 90 kiloqram çəkidə mübarizə aparan Süleyman Şükürovdur. O, finalda Almaniya təmsilçisi Konstantin Disteli məğlub edərək karyerasında ikinci dəfə gənclər arasında Avropa çempionu adını qazanıb.

İdman.Biz perspektivli cüdoçumuzdan götürdüyü müsahibəni təqdim edir.

- Finalda almaniyalı rəqibin Konstantin Distelə ippon fəndi ilə cəmi 24 saniyəyə qalib gəldiniz. Bu gedişatı təxmin edirdiniz?

- Bəli, gözləyirdim. Karyeram ərzində Konstantin Distellə ikinci dəfə idi qarşılaşırdım. İlk görüşdə daha tez - 20 saniyəyə qalib gəlmişdim. Podqoritsada da hiss edirdim ki, rəqibim üzərində sürətli qələbə qazanacağam və belə də oldu.

- 90 kiloqram çəki dərəcəsində ilk beynəlxalq turniriniz idi, əvvəl daha aşağı çəkilərdə güləşmisiniz, çətin olmadı ki?

- Güləşməyə can atan idmançı üçün çəkinin bir o qədər də əhəmiyyəti yoxdur. Bəli, əvvəl 81 kiloqramda güləşmişəm. Sonuncu Avropa çempionatında isə çəkimi 90 kiloqrama qaldırdım. Düzünü desəm, mənim üçün ciddi bir fərq olmadı. Güləşmək istəyən, güləşəcək.

- Hazırkı çəki ilə güləşmək medal qazanmaq baxımından nə qədər əlverişlidir?

- Qarşıda gənclərin dünya çempionatı gəlir, hazırlıqlar davam edəcək. Özümə inanıram, yaxşı idman formasındayam. Bunu müəllimlərim də təsdiq edir. Kənardan da yaxşı sözlər eşidirəm, dəstək alıram. Qısası, yüksək yerlər uğrunda güləşməyə hazıram.

- Avropada Azərbaycan cüdoçularına əsas çətinlik yaradan hansı ölkələrdən olan rəqiblərdirlər?

- Avropada bizə çətinlik yaradan əsasən rusiyalı və Gürcüstan cüdoçuları olur. Lakin son yarışda bizə mane olmaq gücündə olmadılar.

- Hazırda hansı idman cəmiyyətində və kimin rəhbərliyi altında məşq edirsiniz?

- Sumqayıt şəhərində məşq edirəm, şəxsi məşqçim Fərid Ağakişiyevdir. Yeddi yaşımdan Fərid müəllimin nəzarəti altında məşq etmişəm.

- Azərbaycanın hansı cüdoçusunun güləşmək tərzini daha çox bəyənirsiniz?

- Düzünü desəm, konkret hansısa cüdoçumuzun adını çəkə bilməyəcəm. Əgər güləşmək tərzindən söhbət gedirsə, öz güləş tərzimlə fəxr edirəm. Bir daha qeyd edim ki, kənardan da müsbət fikirlər alıram, yaxşı idman formasındayam.

- Oktyabrın 4-11-də dünyanın ən güclü cüdoçuları Bakıya yığışacaqlar. Yarışı tribundan izləmək fürsətiniz olacaq. Təxminləriniz necədir, komanda hesabında ilk yerlərə ümid etmək olar?

- Bəli, qarşıdan cüdo üzrə dünya çempionatı gəlir. Yarışı tribundan seyr etmək yox, özüm tatamiyə çıxıb güləşmək istəyirəm. Əlbəttə, bunun üçün müəllimlərin qərarı olmalıdır. Mənim iştirakımdan asılı olmayaraq, komandamıza inanıram. İnşallah, biz qalib olacağıq. Proqnozuma görə üç qızıl medalı götürmək şansımız var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri