Icma.az
close
up
RU
Öz rekordunu təkrarlayan “Atalanta” liderliyə yüksəldi!

Öz rekordunu təkrarlayan “Atalanta” liderliyə yüksəldi!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

A seriyasının 15-ci turunda qeydə alınan nəticələrdən sonra lider dəyişdi. Öz meydanında xal qazana bilməyən “Napoli” mövqeyini əldən verdi.

Antonio Kontenin komandası ötən cümə axşamı Romada “Latsio”ya 1:3 hesabıyla uduzaraq İtaliya kubokunda mübarizəni 1/8 finalda dayandırmışdı. Həmin oyunda bir çox aparıcı futbolçulara start heyətində şans verməyən mütəxəssis bu dəfə təbii ki, bütün vacib oyunçulardan yararlandı. Bir neçə gün əvvəl neapolluları ehtiyat qüvvənin üzvü sayılan Noslinin het-triki ilə məğlub edən paytaxt komandası bu dəfə rəqib meydanında qarşısıalınmaz oldu.
Romalılar məhz meydana ikinci hissədə çıxan Noslinin ötürməsi ilə İsaksenin vurduğu yeganə qolla qalib gəldilər. Matç neapolluların topa böyük ölçüdə nəzarəti ilə yadda qalsa da, ev sahibləri qapıya yalnız bir dəqiq zərbə endirə bildilər. Həmin epizodda Provedel Maktomineyin hesabı açmasına mane oldu. Qonaqların 3 dəqiq zərbəsindən biri isə nəticəni müəyyən etdi. Beləliklə, üç gün ərzində “Latsio”dan ikinci zərbəni alan “Napoli” 6-cı turdan tutduğu 1-ci yeri tərk etdi.
Ona görə ki, “Atalanta” “Milan”dan maksimum xal aldı. Evdə 2:1 hesabıyla qalib gələn berqamoluların yayda milanlılardan birdəfəlik aldığı De Ketelare sabiq komandasına qarşı çox yaxşı oynadı. O, hesabı açandan 10 dəqiqə sonra Morata cavab qolunu vurmaqla qonaqları ümidləndirdi. Lakin sona yaxın Lukmanın dəqiq zərbəsi ölkə nəhənginin evə əliboş dönüşünü qaçılmaz etdi.
Qələbələri sıralayan “Atalanta” ilk dəfə vahid liderliyi ələ aldı. Can Pyero Qasperininin komandasının bu mövsüm yalnız 1-ci turdan sonra topların daha yaxşı fərqinə əsasən zirvədə olduğunu da bildirək.
Turu qələbə ilə başa vuran “İnter”, “Fiorentina” və “Latsio” hərəyə 31 xalla 3-5-ci yerləri bölüşürlər.
15-ci tur
İnter – Parma 3:1

Dimarko, 40. Barella, 56. M.Türam, 67 – Darmian, 81-öz qapısına. (71879)
İnter: Zommer, Dimarko (Byukenen, 71), De Vrey, Bissek (Palasios, 90+3), A.Bastoni (Darmian, 76), Dyumfris, Barella, Mxitaryan, Çalhanoğlu (Asllani, 71), Lautaro Martines, M.Türam (Korrea, 71).
Atalanta – Milan 2:1
De Ketelare, 12. Lukman, 87 – Morata, 22. (22606)
Atalanta: Karnesekki, Kolaşinats, Hin, Cimşiti (Kossunu, 76), Rucceri (Skalvini, 76), De Roon, Bellanova, Ederson, Paşaliç (Samarciç, 76), Lukman (Breşianini, 90), De Ketelare (Retegi, 76).
Milan: Menyan, Ernandes, Tiav, Qabbya, Emerson, Reynders, Fofana, Leao, Musa (Çukvueze, 90+2), Pulişiç (Loftus-Çik, 38), Morata (Abraham, 78).
Yuventus – Bolonya 2:2
Koopmeyners, 62. Mbanqula, 90+2 – Ndoy, 30. Pobeqa, 53. (40748)
Yuventus: Perin, Danilo, Kalulu, Qatti (Savona, 80), Kambyaso (Rouhi, 14), Facoli (K.Türam, 64), Lokatelli (Yıldız, 64), Koopmeyners, Vea (Mbanqula, 80), Konseysao, D.Vlahoviç.
Bolonya: Skorupski, Miranda, Lukumi, Beukema, Holm (Poş, 84), Pobeqa (Moro, 80), Fröyler, Dominqes (Aylinq, 84), Odqor (Fabbian, 60), Ndoy, Kastro (Dallinqa, 80).
Roma – Leççe 4:1
Salemakers, 13. Mançini, 59. Pizilli, 66. Kone, 86 – Krstoviç, 40-p. (58213)
Roma: Svilar, Ndika, Hummels (Ermoso, 81), Mançini, Anxelinyo, Çelik (Əbdülhəmid, 23), Kone, Paredes, Əl-Şaaravi (Zalevski, 81), Salemakers (Pizilli, 56), Dibala.
Fiorentina – Kalyari 1:0
Kataldi, 24. (19851)
Fiorentina: De Xea, Qosens, Ranyeri, Komutso, Dodo, Kataldi, Adli (Qudmundsson, 67), Sottil (Riçardson, 67), Beltran (Parizi, 83), İkone (Kolpani, 56), Kuame (Ken, 56).
Napoli – Latsio 0:1
İsaksen, 79.
Napoli: Meret, Olivera, Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey (Gilmor, 82), Lobotka (Raspadori, 82), Zambo Angissa (Folorunşo, 90+4), Kvaratsxeliya, Politano (Neres, 76), Lukaku (Simeone, 90+4).
Latsio: Provedel, Tavareş, Xila, Romanyoli (Patrik, 61), Maruşiç (Latsari, 90+3), Dele-Başiru, Genduzi, Zakkanyi, Dia (Noslin, 72), İsaksen (Jiqo, 90+3), Kastelyanos (Pedro, 72).
Cenoa – Torino 0:0
(32363)
Verona – Empoli 1:4
Tenqstedt, 35 – Espozito, 16; 19. Kakaçe, 32. Kolombo, 42. (23949)
Venetsiya – Komo 2:2
Pohyanpalo, 16. Oristanio, 70 – Kandela, 50-öz qapısına. Belotti, 56. (8026)
Montsa – Udineze 1:2
Kiryakopulos, 47 – Lukka, 6. Biyol, 70.
1. Atalanta 15 11 1 3 38-17 34
2. Napoli 15 10 2 3 21-10 32
3. İnter 14 9 4 1 34-15 31
4. Fiorentina 14 9 4 1 28-10 31
5. Latsio 15 10 1 4 30-17 31
6. Yuventus 15 6 9 0 24-10 27
7. Milan 14 6 4 4 24-16 22
8. Bolonya 14 5 7 2 20-18 22
9. Udineze 15 6 2 7 18-22 20
10. Empoli 15 4 7 4 14-15 19
11. Roma 15 4 4 7 18-21 16
12. Torino 15 4 4 7 16-20 16
13. Cenoa 15 3 6 6 13-24 15
14. Parma 15 3 6 6 21-25 15
15. Kalyari 15 3 5 7 15-25 14
16. Leççe 15 3 4 8 8-26 13
17. Komo 15 2 6 7 16-28 12
18. Verona 15 4 0 11 18-37 12
19. Montsa 15 1 7 7 13-19 10
20. Venetsiya 15 2 3 10 13-27 9
Bombardirlər: Retegi (Atalanta) - 12, M.Türam (İnter) - 10, Ken (Fiorentina) - 9, Lukman (Atalanta) - 8.
Turun rəqəmi
9 - “Atalanta” uğurlu oyunlar seriyasını davam etdirdi. Berqamolular ölkə çempionatında ardıcıl 9-cu qələbəsini qazanmaqla öz rekordunu təkrarladılar. Xatırladaq ki, “Atalanta” ilk dəfə belə seriyaya 2020-ci ilin fevralından iyuluna qədər nail olmuşdu.
Turun ulduzu
Qustav İsaksen (Latsio) - “Latsio”nun “Napoli” üzərində inamlı qələbəsində danimarkalı yarımmüdafiəçinin böyük rolu oldu. Qustav matçboyu rəqibin arxa xəttini təhlükə altında saxladı. İlk hissədə Meret onun uzaqdan endirdiyi zərbənin qarşısını çətinliklə aldı. Ancaq sona yaxın İsaksenin zərbəsi qarşısında aciz qaldı.
Turun sitatı
Paulu Fonseka, “Milan”ın baş məşqçisi:

“Başqa həmkarlarımdan fərqli olaraq hakimlər barədə danışmıram. Amma bu gün susmaqdan və meydanda baş verən anormallıqlara reaksiya verməməkdən bezdim. Buraxdığımız ilk qol epizodunda futbolçumuza qarşı aşkar qayda pozuntusu olmuşdu, ancaq hakimlər buna məhəl qoymadılar. Ümumiyyətlə, onların fəaliyyəti “Milan”a qarşı yönəlmişdi. Hakimin işinin çətin olduğunu bilirəm. Amma eyni epizoda görə başqa komandaların vəziyyəti fərqli dəyərləndirilir. “Milan”a qarşı isə əksər hallarda yanlış qərarlar verilir. Onlar “Milan”a hörmət etmirlər”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri