Icma.az
close
up
RU
“Öz sahəsinə uyğun danışsın” KONKRET

“Öz sahəsinə uyğun danışsın” KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Nyu-Yorkda yaşayan azərbaycanlı müğənni Elariz Məmmədoğlu sosial şəbəkədə “Novruz” adının dəyişdirilməsi ilə bağlı müzakirə yaradıb. O, sözün fars mənşəli olduğunu vurğulayaraq “Novruz” adının “Bahar bayramı” ilə əvəz olunmasını təklif edib.

“Novruz” sözünün fars dilinə aid olması bu bayramın adının dəyişdirilməsini zəruri edirmi?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən yazıçı Şərif Ağayar bildirib ki, bu cür fikirlər zaman-zaman səsləndirilib. Hətta muğamın adının dəyişdirilməsi belə müzakirə mövzusu olub.

Yazıçı qeyd edib ki, İrandakı mövcud fars rejiminə qarşıdır:

“21-ci əsrdə bu cür dövlət modeli yanlışdır. Həm özlərinə, həm dünyaya, həm də bizə problemlər yaradırlar. Amma bu o demək deyil ki, biz fars mədəniyyətinə qarşıyıq. Əgər fars və ərəb mənşəli adları dəyişsək, ölkə əhalisinin yarıdan çoxunun adı dəyişməli olacaq”.

Şərif Ağayar əlavə edib ki, dilə konservativ yanaşmanın tərəfdarı deyil, lakin bu məsələdə ifrata varmaq düzgün deyil:

“Novruz” sözü artıq vətəndaşlıq qazanmış, bədii mətnlərimizdə, filmlərdə və tamaşalarda dəfələrlə estetik şəkildə işlədilən bir ifadədir. Onu dəyişməklə heç nə qazanmayacağıq”.

Onun sözlərinə görə, dilimizdə hələ tam oturuşmayan və ağırlıq yaradan bəzi ifadələrin sadələşdirilməsi mümkündür:

“Məsələn, “müəyyənləşdirmək”, “nöqteyi-nəzər” kimi sözləri daha sadə qarşılıqlarla əvəz etmək olar”.

Yazıçı vurğulayıb ki, “Novruz” kəlməsi artıq cəmiyyətdə qəbul olunmuş və sevilən ifadəyə çevrilib:

“Biz bu sözü bəlkə də farslardan daha çox sevirik. Bu cür sözlərə qarşı ön mühakimə ilə yanaşmağın tərəfdarı deyiləm”.

Elariz Məmmədoğlunun təklifinə münasibət bildirən Ağayar qeyd edib ki, müğənni daha yaradıcı ideyalar irəli sürə bilər:

“Elariz bəy görünür qürbətdə yaşayır və Azərbaycan üçün darıxır. O, öz sahəsinə uyğun daha kreativ təkliflər versin. Təbii ki, hər kəs fikrini ifadə etməkdə azaddır. Amma belə məsələlərdə dil mütəxəssisləri ilə məsləhətləşmək daha məqsədəuyğundur”.

Şərif Ağayar hesab edir ki, hər hansı dəyişiklik təklif edilərkən onun gətirəcəyi fayda və itkilər diqqətlə qiymətləndirilməlidir:

“Türkiyənin dil islahatına baxsaq, bir çox dəyişikliklərin effektiv olmadığını görərik. Dil həm yeniliyə açıqdır, həm də həssasdır. Onu inzibati yollarla tənzimləmək mümkün deyil – əsas odur ki, insanlar həmin sözləri işlətsin”.

Yazıçı vurğulayıb ki, dil məsələləri daha çox mütəxəssislər və ədəbiyyat nümayəndələri tərəfindən yönləndirilməlidir. Onun fikrincə, Azərbaycan dilinin qorunması inkişafdan imtina demək deyil, əksinə, onu zənginləşdirəcək mühitin yaradılmasını tələb edir:

“Türk və ingilis dillərindən gələn neologizmlərə qarşı dilin müqaviməti artırılmalıdır. Bunun üçün bədii-publisistika və ədəbiyyat inkişaf etməlidir. Azərbaycan dilində səlis yazan insanlara sərmayə qoyulmalıdır. Bu gün mətbuatımızda bədii-publisistika zəifləyib, müəllif yazıları demək olar ki, yoxa çıxıb. Xəbər və video kontent ön plana keçib, halbuki yazılı mətn dili daha çox qidalandırır”.

Sonda Ağayar xəbərdarlıq edib ki, bu problemlər gələcəkdə daha qabarıq hiss olunacaq:

“Necə ki, demoqrafik sahədə artıq ciddi azalma müşahidə olunur, eyni təhlükə dilimizi də gözləyir. Səbəb isə yazıçılara və bədii publisistika ilə məşğul olanlara yetərincə diqqət ayrılmamasıdır. Elariz bəyin təklifi də müəyyən mənada bu boşluqdan qaynaqlanır. Əgər bu sahədə inkişaf olsa, belə təşəbbüslərin ciddi olmadığı daha aydın görünər”.

Dəniz Pənahova

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Mart 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri