Icma.az
close
up
RU
Özbaşına tikililərin sonu yaxınlaşıb: Bu ayın sonuna qədər bütün məsələlər məlum olacaq

Özbaşına tikililərin sonu yaxınlaşıb: Bu ayın sonuna qədər bütün məsələlər məlum olacaq

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni normativ akt layihəsi tənzimlənməni hədəfləyir, amma suallar da qalır

Paytaxtda istismar müddəti başa çatmış köhnə binalar sökülüb əvəzində yeni, müasir yaşayış kompleksləri salındıqca, fərz etmək olardı ki, mənzil bazarında ucuzlaşma da olacaq. Təklif çoxalırsa, qiymətlər də ucuzlaşmalıdır. Amma belə deyil. Binalar artır, qiymətlər də. Bunun səbəbini müxtəlif izah edənlər var. Bəzi ekspertlər iddia edir ki, köhnə binalar söküldükcə tikinti şirkətləri tərəfindən sakinlərə kirayə mənzil haqqı ödənir, sakinlər yeni mənzilləri hazır olanadək kirayə mənzillərdə qalmalı olur, bu da əvvəlcə kirayə mənzillərin qiymətinə, ardınca isə yeni tikilən mənzillərin qiymətində artıma səbəb olur. Çünki mənzil bazarına yeni təkliflər daxil olur. Tikinti bumu davam etdikcə, mənzil bazarında sabitlik olmayacaq, qiymət artımı davam edəcək. Hətta 2040-cı ildən sonra Bakıda ucuz ev tapmağın mümkünsüz olacağını proqnozlaşdıranlar da var. Məlumatlara görə, ötən illə müqayisədə bu il Bakının təkrar mənzil bazarında satış üçün ümumi təklif həcmi əhəmiyyətli dərəcədə artıb. Artıma səbəb kimi də şəhərin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi göstərilir. Bakı şəhərinin 11 rayonunda mərhələli qaydada söküntü işləri aparılır. Söküntü Qaradağ rayonunu çıxmaq şərtilə, Bakının demək olar, bütün inzibati rayonlarını əhatə edir. Söküntü prosesi ilə bağlı vətəndaşlara ya imtina etdiyi mülkiyyətə görə pul verilir, ya da kompensasiya məbləğinə uyğun olaraq həmin ərazidə mənzillə təmin olunurlar. Yeni bina hazır olana qədər vətəndaşlar kirayə qalırlar. Təbii ki, bu da həm kirayə, həm də əmlak bazarında artıma səbəb olur. Hazırda Bakıda mənzil bazarında qiymət artımı açıq şəkildə müşahidə olunur. 2024-cü ilin müvafiq dövründə orta hesabla ilkin bazarda qiymətlər 14 faiz, təkrar bazarda isə 15 faiz artıb. Qiymət artımının əsas səbəbləri arasında tikinti materiallarının bahalaşması xüsusi rol oynayır. Bundan başqa, əhalinin artan tələbatı və yeni premium tikililərin sayı da qiymətləri yuxarı çəkir. Bütün bu amillər birlikdə bazarda davamlı bahalaşma tendensiyası yaradır.


İqtisadçı Natiq Cəfərli isə mənzil bazarındakı bahalaşmanın fərqli səbəblərini göstərib:


- Azərbaycanda tikintiyə icazə və nəzarəti həyata keçirən bir neçə orqan var: İcra hakimiyyəti, Bələdiyyələr, FHN (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onunla bağlı qurumlar (struktura daxil bir neçə qurum). Bundan başqa, Nazirlər Kabinetinin qərarı da var, qərarın 3.1 maddəsindən sitat:

- obyektin tikilməsinə icazə verilməsi mərhələsində: yerli icra hakimiyyəti və ya özünüidarəetmə orqanı tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əvvəlcədən razılaşdırılmış və obyektin tikilməsinə icazə verilməsi haqqında qəbul edilmiş sərəncamın və ya qərarın bir nüsxəsi obyektə aid memarlıq-planlaşdırma göstərişləri və mühəndis kommunikasiyalarına qoşulmanın texniki şərtləri əlavə olunmaqla Agentliyə göndərilir. Dahası da var: tikintiyə “texniki şərt” mərhələsində “Azərsu” (köhnə adı), “Azəriqaz” (SOCAR), “Azərenerji” (və ya şəhər-rayon enerji idarələri) müdaxilə-çətinlik yaradır. Bunu da keçdik, bunlar rəsmi/icazəli müdaxilə etməyə (oxu: ”sağmağa”) icazəsi olan qurumlardır, amma qeyri-rəsmi müdaxilə imkanı olan hüquq-mühafizə orqanlarını da bu siyahıya əlavə etmək lazımdır. Sonra da deyirik ki, Azərbaycanda mənzil niyə bahadır?!


İqtisadçı sənədsiz evlər probleminə də toxunub:

- Azərbaycanda özbaşına tikintilərin tənzimlənməsi üçün yeni sənəd hazırlanır. Bu ayın sonuna qədər Azərbaycanda özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt layihəsi və digər əlaqəli sənədlər aparılmış təhlillər əsasında hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq. Yəni özbaşına tikililərlə bağlı nəsə hazırlanır - əslində, “özbaşına” sözü əla sözdü, sadəcə, bizim hökumət bu sözü “sevmir”, ÖzBaşına, yəni öz başı ilə iş görmək deməkdir ki, bu da yaxşıdır. Qeyd etdiyim kimi, Azərbaycanda tikintiyə bu qədər orqan nəzarət edir, amma “özbaşına tikililər” var – niyə?! Bəs bu orqanlar hara baxırdı?! Nəyin müqabilində “göz yumurdu”?! Bu qədər nəzarətedici orqan, sərt qanunlar olan ölkədə 500 min sənədsiz ev, mənzil necə ərsəyə gəldi?! Yaxşı, insanlar dövlətə, bir növ, yardım ediblər, öz mənzil problemlərini dövlətin MANEƏLƏR yaratmasına rəğmən həll ediblər, özlərinə yuva qurublar, dövlət də onlara su-qaz-işıq satır, deməli, onların mülkiyyət hüququnu qismən tanıyırsa, nədən bu insanlara sənəd, çıxarış, “kupça” vermirlər?! İndi yeni qaydalar hazırlasalar, bu o deməkdirmi ki, istənilən vətəndaşın “qeyri-qanuni, özbaşına”, tikdiyi evi Dövlət ödəniş etmədən sökə biləcək?! Bu suallara məmurlar cavab verməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Avqust 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see129

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see126

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see124

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see123

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see119

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see119

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri