Özbəkistan əhalinin siyahıyaalınmasının ilkin nəticələrini açıqlayıb
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Özbəkistan Milli Statistika Komitəsi ölkədə son 37 ildə ilk dəfə keçirilən əhali siyahıyaalınmasının ilkin nəticələrini açıqlayıb.
AZƏRTAC Uza informasiya agentliyinə istinadla xəbər verir ki, siyahıyaalmanın nəticələrinə əsasən, ölkə əhalisinin sayı 39 milyon 47 min 321 nəfərə çatıb. Bu göstərici 1989-cu ildən bəri əhalinin sayının təxminən iki dəfə artdığını göstərir.
Məlumata görə, Özbəkistan əhalisinin 89,4 faizini özbəklər, 3,3 faizini taciklər, 2,2 faizini qaraqalpaqlar, 1,8 faizini qazaxlar, 1,6 faizini ruslar təşkil edir. Sakinlərin 91,3 faizi özbək dilini ana dili kimi qeyd edib.
Bildirilib ki, siyahıyaalma onlayn və evlərdə aparılan sorğular vasitəsilə həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 02 İyul 2026 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















