Icma.az
close
up
RU
Zelenski telefon danışığının ilkin nəticələrini açıqlayıb

Zelenski telefon danışığının ilkin nəticələrini açıqlayıb

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampla çox mənalı, müsbət və səmimi söhbətim oldu.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Donald Trampla telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski X hesabında yazıb.

Zelenski martın 19-da ABŞ lideri Donald Trampla keçirdiyi telefon danışığından danışaraq, “bu il davamlı sülhün əldə oluna biləcəyinə” əminliyini ifadə edib.

Prezidentin sözlərinə görə, Ukrayna və Amerika heyətləri sülhə nail olmaq üçün addımların əlaqələndirilməsini davam etdirmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşməyə hazırdır.

"Mən Donald Trampa martın 11-də Ciddədə Ukrayna və Amerika komandalarının işinin yaxşı və məhsuldar başlamasına görə təşəkkür etdim - komandaların bu görüşü müharibənin sona çatması istiqamətində irəliləyişə əhəmiyyətli dərəcədə kömək etdi. Biz razılaşdıq ki, müharibəni sona çatdırmaq üçün Ukrayna Amerika lideri ilə birlikdə çalışmalıdır. Bu il davamlı sülh əldə edilə bilər”, deyə Zelenski əlavə edib.

Zelenskinin sözlərinə görə, Tramp Putinlə söhbətinin təfərrüatlarını və müzakirə olunan əsas məsələləri onunla bölüşüb.

"Müharibənin tam dayandırılması üçün ilk addımlardan biri enerji və digər mülki infrastruktura hücumları dayandırmaq ola bilər. Mən bu addımı dəstəklədim və Ukrayna da bunu həyata keçirməyə hazır olduğunu təsdiqlədim. Komandalarımız Ciddədə bu addımı müzakirə etdilər. Amerika tərəfi də cəbhə xəttində qeyd-şərtsiz atəşkəs təklif etdi. Hesab edirik ki, atəşkəs dövründə hərtərəfli sülh sazişinin hazırlanmasına imkan yaratmaq üçün belə addımlar lazımdır”, deyə, Zelenski vurğulayıb.

Bundan əlavə, Prezident Trampa döyüş meydanındakı vəziyyət və Rusiya zərbələrinin nəticələri barədə son məlumatı təqdim etdiyini bildirib.

"Biz Kursk vilayətindəki vəziyyət barədə danışdıq, hərbi əsirlərin azad edilməsi və rus qoşunları tərəfindən əsir götürülən ukraynalı uşaqların geri qaytarılması məsələsinə toxunduq. Həmçinin, Ukraynanın hava hücumundan müdafiə sisteminin vəziyyətini və insanların həyatını qorumaq üçün onun gücləndirilməsi imkanlarını müzakirə etdik", deyə, Zelenski bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Mart 2025 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri