Icma.az
close
up
RU
Əhalinin əksəriyyəti pulunu yeməyə xərcləyir Ekspertlər səbəbini açıqlayıb

Əhalinin əksəriyyəti pulunu yeməyə xərcləyir Ekspertlər səbəbini açıqlayıb

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyulunda pərakəndə ticarət dövriyyəsi 35,1 milyard manat olub: 19,3 milyard manatı ərzaq, içki və tütün məmulatlarına, 15,8 milyard manatı isə qeyri-ərzaq mallarına xərclənib.

Xərclərin 50,5%-i ərzağa, 4,4%-i içki və tütünə, 12,7%-i geyim və ayaqqabıya, 6%-i yanacağa, 4,7%-i məişət texnikası və mebelə, 2,5%-i dərman və tibbi ləvazimata, 1,2%-i kompüter və çap məhsullarına, 18%-i isə digər mallara gedib.

Maraqlıdır, əhalinin yarıdan çoxunun xərclərinin ərzağa getməsi nədən xəbər verir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan sosioloq Elçin Bayramlının sözlərinə görə, uzun müddətdir ki, bizdə bu göstərici belədir:

"Dünya praktikasında, normal ölkələrdə belə qəbul olunur ki, əhalinin gəlirinin maksimum 20–25 faizi ərzağa xərclənə bilər. Ümumi dünya üzrə yoxsul ölkələri də nəzərə alsaq, 35 faizdən yuxarı ərzağa xərclənirsə, bu, aşağı gəlirli insanların sayından xəbər verir.

Bizdə 50 faizdən də yuxarıdır. Birincisi, sosial təbəqələr arasında uçurum aradan qaldırılmalıdır. İkincisi, əhalinin minimal sosial təminatları təmin olunmalıdır. 

Azərbaycanda yenidən sosial islahatlar keçirilməlidir. Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında fərqlər başqa cür qurulmalıdır. Sosial xərclər artırılmalıdır. Ölkədə iş mühiti, biznes mühiti inkişaf etdirilməlidir. İnsanların gəlir yerləri təmin olunmalıdır".

Mövzunun iqtisadi baxımdan tərəfini də öyrəndik. İqtisadçı ekspert Eldəniz Əmirov Ölkə.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, əhali gəlirlərinin ərzaq və qeyri-ərzaq məhsullarına bölgüsü yüksək inkişaf etmiş, orta gəlirli və ya az inkişaf etmiş, eyni zamanda, kasıb, lap kasıb ölkələrdə dörd qrupa bölünür:

"Bunlardan birinci qrupa, yəni yüksək gəlirli ölkələrə baxdıqda görürük ki, artım dinamikası, məsələn, 7–8 faiz ətrafında dəyişir. Məsələn, Avstraliyada bu göstərici 10 faiz, Kanadada 9 faiz, Sinqapurda 7 faiz, ABŞ-də isə 6,4–6,5 faiz civarındadır ki, bu da gəlirlərin ərzağa yönələn hissəsidir.

Amma inkişaf etməkdə olan ölkələrdə orta gəlirli ölkələrdə isə bu göstərici 30 faiz ətrafında olur, Məsələn, Hindistanda 32 faizdir. Aşağı gəlirli ölkələrdə isə bu faiz göstəricisi 56-57 faizdən yuxarı başlayır. Kasıb qruplarda isə bu 70-80 faizdən yuxarıdır.

İqtisadiyyatda Engel qanunu var. Ernst Engel 1857-ci ildə bir iqtisadi prinsip irəli sürür. O,  sübut edir ki, gəlirlər artdıqca ərzağa xərclənən pay azalır. Qeyri-ərzaq və xidmət xərcləri isə artır. Yəni buna görə də məsələn, gəlirin azlığı şəraitində avtomatik ərzağın payı artır. Çünki ərzaq qəbulu müəyyən bir ölçüdə olur, qeyri-ərzaq isə ölçüsüzdür".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Avqust 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri