Icma.az
close
up
RU
Özbəkistan iqlim böhranı ilə mübarizədə səyləri birləşdirməyə hazırdır Mirziyoyev

Özbəkistan iqlim böhranı ilə mübarizədə səyləri birləşdirməyə hazırdır Mirziyoyev

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün hamımız iqlim böhranlarının mənfi təsirini - meşə yanğınlarının və səhralaşmanın miqyasının artması, buzlaqların kiçilməsi, su ehtiyatlarının getdikcə artan çatışmazlığı, havanın keyfiyyətinin pisləşməsini hiss edirik.

525.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənd Beynəlxalq İqlim Forumunun plenar iclasında çıxışında deyib.

Forumda Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistanın Prezidenti Serdar Berdiməhəmmədov və digər rəsmilər iştirak ediblər.

İştirakçıların siyahısında 2 mindən çox xarici qonaq, o cümlədən milli və qlobal ekoloji təşkilatların, beynəlxalq strukturların rəhbərləri, ekspertlər, alim və jurnalistlər, biznes nümayəndələri olub.

Qeyd olunub ki, region ölkələri Mərkəzi Asiyada İqlim Dəyişikliyinə Uyğunlaşma Strategiyasını hazırlayıb və yekdilliklə təsdiq ediblər. Aral dənizinin qurumasının nəticələrinin yumşaldılması, sudan səmərəli istifadə, “təmiz” enerji mənbələrinin genişləndirilməsi proqramları çərçivəsində avropalı tərəfdaşlarla uğurlu əməkdaşlıq həyata keçirilir. Bu tərəfdaşlıq Mərkəzi Asiyada davamlı yaşıl inkişafa mühüm töhfə verir. Bu kontekstdə iqlim dəyişikliyi ilə mübarizə məsələlərinin qorunması və təşviqində qlobal lider olan Avropa İttifaqı ilə praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə maraq vurğulanıb.

Prezident Şavkat Mirziyoyev iqtisadi inkişafın resursa qənaət edən və ekoloji cəhətdən təmiz modelinə keçidi də diqqət mərkəzində saxlayıb. Dövlət başçısı vurğulayıb ki, burda əsas sahələrdən biri yaşıl enerjidir. Növbəti beş ildə bərpa olunan mənbələrdən əldə edilən enerjinin payının 54 faizə çatdırılması planlaşdırılır ki, bu da istixana qazlarının emissiyasını təxminən 16 milyon ton azaltmağa imkan verəcək.

“Vurğulamaq istərdim ki, biz Özbəkistanın Paris Sazişinə əsasən parnik qazlarının tullantılarının 35 faiz azaldılması üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yerinə yetirməsi üçün bütün səylərimizi göstərəcəyik”, -dövlət başçısı qeyd edib.

Su ehtiyatlarından rasional istifadə məsələlərinə gəlincə, Özbəkistan Prezidenti bildirib ki, 2040-cı ilə qədər Mərkəzi Asiya ölkələri Amudərya və Sırdərya çaylarının axınının azalması fonunda yüksək su gərginliyi ilə üzləşəcək. Su ehtiyatlarına qənaət etmək məqsədilə beton suvarma şəbəkələrində işlər aparılır, suya qənaət edən texnologiyaların istehsalı üçün sənaye bazası yaradılır və artıq 2 milyon hektara yaxın olan suvarılan torpaqların demək olar ki, yarısında tətbiq edilib. Belə tədbirlər sayəsində ötən il 8 milyard kubmetrə yaxın suya qənaət etmək mümkün olub.

“Biz səyləri birləşdirməyə və Mərkəzi Asiyada suya qənaət edən texnologiyaların tətbiqi üçün Regional Proqrama başlamağa çağırırıq”, - Şavkat Mirziyoyev bildirib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri