Icma.az
close
up
RU
Özbəkistan iqtisadiyyatının karbonsızlaşdırılması potensialı

Özbəkistan iqtisadiyyatının karbonsızlaşdırılması potensialı

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aşağı karbonlu iqtisadiyyata qlobal keçid kontekstində Özbəkistan istixana qazlarının emissiyasının azaldılması və enerji səmərəliliyinin artırılması üçün aktiv fəaliyyət göstərir.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb. Bildirilib ki, Özbəkistan üçün karbonsuzlaşdırma siyasəti iqtisadiyyatın bütün əsas sektorlarını əhatə edəcək strateji əhəmiyyətli vəzifədir.

Özbəkistan Paris İqlim Sazişi çərçivəsində Qlazqoda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasında (COP26) 2030-cu ilə qədər ÜDM-ə düşən istixana qazı emissiyalarını 2010-cu ilin göstəricilərinə qədər 35% azaltmağı (əvvəllər bu azalma 10% nəzərdə tutulmuşdu) öhdəsinə götürüb. Bu məqsədə nail olmaq üçün Milli Aşağı Karbon İnkişaf Strategiyasının işlənib hazırlanması planlaşdırılır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2023-cü ilin dekabrında keçirilən COP28 Sammiti zamanı qeyd edib ki, az karbonlu iqtisadiyyata qlobal keçid ədalətli, şəffaf və inklüziv olmalıdır. Onun sözlərinə görə, “yaşıl iqtisadiyyat”a keçid və karbon neytrallığına nail olmaq Özbəkistanın yeni prioritetidir.

Özbəkistan iqtisadiyyatının karbonsızlaşdırılması davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində mühüm addımdır. Qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi kompleks yanaşma tələb edir.

Özbəkistanda iqtisadi sektorlar üzrə emissiyaların əsas mənbələri enerji sektoru (76%), kənd təsərrüfatı (18%), sənaye (5%) və tullantılardır (1%).

Qiymətləndirmələrə görə, 2030-cu ilə qədər ölkədə elektrik enerjisinə tələbat 120 milyard kilovatt/saata çatacaq.

Bu baxımdan Özbəkistanın dekarbonlaşdırılması proseslərinin intensivləşdirilməsi istiqamətində əsas addımlarından biri enerji bazarının liberallaşdırılması olub. Enerji bazarının liberallaşdırılması təşəbbüsü elektrik enerjisi təchizatında inhisarın ləğvini və bazar mexanizmlərinin tətbiqini nəzərdə tutan “Yeni Özbəkistanın 2022-2026-cı illər üçün İnkişaf Strategiyası haqqında” Prezidentin Fərmanı ilə bağlıdır.

Vahid elektrik enerjisi ticarət platformasının yaradılması və onun 2024-cü ilin sonuna kimi istifadəyə verilməsi vəzifəsi də qarşıya qoyulub. 2026-cı ilə qədər elektrik enerjisinə tələb və təklif əsasında formalaşacaq sərbəst topdansatış bazarının tətbiqi planlaşdırılır.

Bu, enerjiyə qənaəti təşviq edəcək və bərpaolunan enerji mənbələrinə sərmayə qoymaq üçün özəl sektor üçün əlverişli mühit yaradacaq.

Eyni zamanda, 2026-cı ilə qədər bərpaolunan enerji mənbələrinin payının 25%-ə çatdırılması təbii qaza qənaət deməkdir. Ümumilikdə isə, Özbəkistan 2030-cu ilə qədər “yaşıl enerji”nin payını 40%-ə çatdırmağı qarşısına məqsəd qoyur.

Bundan əlavə, Özbəkistan iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi Davamlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək və “yaşıl” artımı dəstəkləyəcək. Bu, Özbəkistan Hökuməti və Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi maliyyə qurumları üçün mühüm prioritetdir.

Enerji sektorunda səmərəliliyinin artırılması və enerji tutumunun azaldılması məqsədilə qazla işləyən mövcud istilik stansiyalarının müasirləşdirilməsi və bərpaolunan enerji mənbələri sistemlərinin inkişafı və geniş tətbiqi lazımdır. Növbəti illərdə ölkə davamlı inkişafa və istixana qazlarının emissiyalarının azaldılmasına yönəlmiş bir sıra konkret məqsəd və vəzifələr ortaya qoyur:

- Sənaye və energetikada karbon tutma və saxlama (CCS) layihələrinin həyata keçirilməsinin effektivliyi;

- Tullantıların idarə olunması və kənd təsərrüfatı tullantılarından bioqazdan istifadənin mütərəqqi üsulları;

- Nəqliyyatın karbonsızlaşdırılması strategiyası - elektrik nəqliyyat vasitələrinə keçid, həmçinin dəmir yolu nəqliyyatının inkişafı və ictimai nəqliyyatın təkmilləşdirilməsi;

- Bərpaolunan enerji mənbələrinə və aşağı karbonlu texnologiyalara sərmayə qoyan investorlar üçün iqtisadi stimullar, subsidiyalar və vergi güzəştləri daxil olmaqla “yaşıl” layihələrin dəstəklənməsi üçün əlverişli normativ baza formalaşdırılmışdır;

- Ekoloji cəhətdən dayanıqlı infrastrukturun tikintisi və modernləşdirilməsi sahəsində dövlət-özəl tərəfdaşlıq fəal şəkildə inkişaf edir;

- Bərpaolunan enerji mənbələri, ətraf mühitin monitorinqi və karbonsızlaşdırma layihələrinin idarə edilməsi sahəsində mütəxəssislərin peşəkar hazırlığı.

Beləliklə uzunmüddətli perspektivdə Özbəkistan həm karbonsızlaşdırma sürətini saxlamağı, həm də emissiyalara nəzarət üçün müasir yanaşmaların və rəqəmsal texnologiyaların inteqrasiyası da daxil olmaqla, aşağı karbonlu layihələrin təkmil tənzimləmə və stimullaşdırma sistemini inkişaf etdirməyi planlaşdırır.

Yaxın gələcəkdə region bir çox çətinliklərin öhdəsindən gəlməli olacaq, lakin kompleks yanaşma və dəqiq müəyyən edilmiş strateji vəzifələr sayəsində Özbəkistan davamlı inkişaf və karbonsızlaşdırma sahəsində digər Mərkəzi Asiya ölkələri üçün nümunə ola bilər.

Nəticədə nəzərdə tutulan bütün tədbirlərin uğurla həyata keçirilməsi əhalinin həyat keyfiyyətinin yüksəlməsinə, ekoloji vəziyyətin yaxşılaşmasına və bütün regionun uzunmüddətli iqtisadi sabitliyinin təmin olunmasına gətirib çıxaracaqdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Noyabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri