Özbəkistan Kadırova cavab verdi: Hədə və təzyiq...
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Özbəkistan parlamentinin üzvü Odiljon Tojiyev Çeçenistan rəhbəri Ramzan Kadırovun respublikadakı vəziyyətlə bağlı bəyanatlarını pisləyib.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
“Kadırovun Özbəkistanın daxili işlərinə qarışmasını, eləcə də Özbəkistan hökumət rəsmilərinə qarşı hədə və ya təzyiqini qətiyyətlə pisləyirəm. Bu cür hərəkətlər iki dost dövlət arasında münasibətlərə mənfi təsir göstərə və iki ölkə xalqları arasında dostluq əlaqələrinə xələl gətirə bilər”, - o bildirib.
Tojiyev Rusiya hakimiyyətini Çeçenistan rəhbərinin təhdidlərinə hüquqi qiymət verməyə çağırıb.
Qeyd edək ki, Ramzan Kadırov “kimlərsə Özbəkistanda yaxşı komandanı darmadağın etməyə və sistemi sındırmağa çalışır” deyə Mirziyayevin qızı və kürəkəninin hakimiyyətə iddialı ola biləcəyi məlumatlarını şərh etmişdi. Kadırov xəbərdarlıq etmişdi ki, bu cür ssenarilər kiçik münaqişələrlə başlayan qərbyönlü rəngli inqilabları xatırladır. O, Özbəkistan prezidentinin ailəsini söz-söhbətləri dağıtmaq üçün bəyanatla çıxış etməyə çağırmışdı.
Baxış sayı:112
Bu xəbər 28 Dekabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















