Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Özbəkistan mediası: Daşkənd və Bakı çağırışlar dövrünün müttəfiqləridir

Özbəkistan mediası: Daşkənd və Bakı çağırışlar dövrünün müttəfiqləridir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

Özbəkistan mediası Prezident Şavkat Mirziyoyevin Azərbaycana qarşıdakı dövlət səfəri ilə bağlı geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, geniş oxucu auditoriyasına malik “Gazeta” nəşrində “Özbəkistan və Azərbaycan: Çağırışlar dövrünün müttəfiqləri” sərlövhəli məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə Özbəkistan Prezidentinin Azərbaycana qarşıdakı səfəri təkcə yaradılmış əməkdaşlıq zəmininə verilən qiymət deyil. Belə ki, iki ölkə yaxşı münasibətlərə malik olması ilə yanaşı, həm də maraqları üst-üstə düşən müttəfiqlər statusuna malikdir.

Özbəkistan-Azərbaycan münasibətlərinin tarixindən bəhs edilən məqalədə vurğulanır ki, bu əlaqələrin möhkəmlənməsi istiqamətində həlledici mərhələ Azərbaycan Prezidenti İlham Əliyevlə - təhlükəsizlik və regional tarazlıq mövzusunun yaranması ilə əlamətdar oldu. “Şavkat Mirziyoyevin 2019-cu ildə Türk Şurasının Zirvə toplantısı üçün Bakıya səfəri xüsusi əhəmiyyət kəsb edib. Görüş təkcə çoxtərəfli platforma çərçivəsində olmayıb, həmçinin pərdə arxasında konkret əməkdaşlıq sahələri müzakirə olunub. O vaxtdan bəri ikitərəfli gündəm iqtisadi, humanitar və hərbi-texniki məzmun kəsb edib”, -deyə nəşr diqqətə çatdırır.

Qeyd olunur ki, Prezident İlham Əliyevin 2022-ci ilin yayında Daşkəndə səfəri prinsipial əhəmiyyətə malik olub. Məqalədə vurğulanır: “Sonra fundamental sənəd - əməkdaşlığın 40-a yaxın sahəsini əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında Bəyannamə imzalanıb. Özbəkistan paytaxtında Heydər Əliyev prospektinin və xatirə meydanının açılışı da rəmzi məna daşıyırdı”.

Məqalədə bildirilir ki, növbəti addım Ali Dövlətlərarası Şuranın yaradılmasıdır. Onun ilk iclası 2024-cü ilin avqustunda Daşkənddə keçirilib. Eyni zamanda, İlham Əliyevin Özbəkistana səfəri zamanı ikitərəfli münasibətlərin yeni vektorunu hüquqi və siyasi cəhətdən müəyyən edən müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. MDB, TDT və İƏT çərçivəsində fəaliyyət, BRICS kimi strukturlarda birgə iştirak məsələsi Bakı və Daşkəndin bir-birini getdikcə daha çox müttəfiq kimi və xarici konturda nəzərdən keçirdiyini göstərir.

“Gazeta” nəşri iki ölkə arasında iqtisadi-ticari və logistika sahəsində əməkdaşlığın genişlənməsindən də bəhs edib. Qeyd olunub ki, 2025-ci ilin əvvəlindən ölkələr arasında ticarət dövriyyəsi 40 faiz artıb. 2030-cu ilədək bu rəqəmin bir milyard dollara çatdırılması nəzərdə tutulur. Hazırda Özbəkistan-Azərbaycan İnvestisiya Fondu fəaliyyət göstərir və onun vasitəsilə artıq 360 milyon dollardan çox dəyəri olan layihələr maliyyələşdirilib. Onların arasında Daşkənddə yaşayış komplekslərinin, turizm obyektlərinin, logistika qovşaqlarının və Kaşkədəryada istehsal müəssisələrinin tikintisi var. Eyni zamanda, Hacıqabulda “Chevrolet” avtomobillərinin yığılması da həyata keçirilib, artıq 9000-ə yaxın avtomobil konveyerdən çıxıb. İkinci zavodun tikilməsi planı da var. Bu, təkcə ixrac deyil, həm də regional tələbat üçün nəzərdə tutulmuş istehsalın lokallaşdırılmasıdır.

Məqalədə diqqətə çatdırılır ki, iki ölkənin rəhbərləri nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirirlər. Daşkənd Bakının infrastrukturundan istifadə edərək öz marşrutlarını getdikcə daha çox trans-Xəzər istiqamətinə inteqrasiya edir. Təkcə 2022-ci ildə Özbəkistanın Azərbaycan üzərindən yükdaşımalarının həcmi iki dəfə artıb. Artıq birgə logistika şirkətlərinin, anbar qovşaqlarının yaradılmasından, dəmir yolu marşrutlarının birləşdirilməsindən danışılır. Bütün bunlar daha geniş kontekstdə - qlobal logistika qeyri-sabitliyi fonunda Özbəkistanın dənizə çıxış axtarışları və ixrac marşrutlarının şaxələndirilməsinə uyğun gəlir.

Bərpaolunan enerji sahəsində əməkdaşlıqdan bəhs edən nəşr qeyd edir ki, 2024-cü ilin yayında Özbəkistan, Azərbaycan və Qazaxıstan Astanada “yaşıl enerji dəhlizi”nin yaradılmasına dair Protokol imzalayıblar. Layihə “yaşıl” elektrik enerjisinin Avropaya ixracını və axını idarə etmək üçün birgə müəssisənin yaradılmasını nəzərdə tutur. Söhbət Mərkəzi Asiya ölkələrinin təkcə xammal tədarükü deyil, həm də öz enerji strategiyalarını formalaşdırmaq cəhdindən gedir. Bundan əlavə, karbohidrogen enerjisi sektorunda əməkdaşlıq inkişaf edir: SOCAR və “Özbəkneftqaz” bir-birinin layihələrində iştirak edir. Daşkənd üçün bu, istehsalda tərəfdaşların və texnologiyaların şaxələndirilməsi istiqamətində növbəti addımdır.

Materialda humanitar sahədə də iki müttəfiq ölkənin sıx əlaqələri diqqətə çatdırılır. “Humanitar gündəlik də kənarda qalmayıb. 2023-cü ildə Qarabağın Füzuli şəhərində Özbəkistan tərəfindən tikilən məktəb istifadəyə verilib. Mədəni paralellər - Nəvai və Nizaminin "Xəmsə"sindən Bakıdakı Buxara karvansaraylarına və Səmərqənddəki Azərbaycan tarixi üçün yaddaqalan yerlərə qədər - yaxınlaşmanı nümayiş etdirmək kontekstində qədim əlaqələrin möhkəmlənməsinin rəmzidir. Böyük İpək Yolu, ortaq İslam ənənələri, oxşar qastronomik və məişət həyatı da bunun örnəyidir. Hətta plov simvola çevrilir - o mənada ki, Azərbaycanda və Özbəkistanda ümumi ziyafət çoxdan qarşılıqlı anlaşma metaforasına çevrilib”.

Məqalənin sonunda qeyd olunur: “Şavkat Mirziyoyevin Bakıya qarşıdakı səfəri yeni sazişlərin imzalanması ilə müşayiət olunacaq. Bununla belə, böyük ehtimalla, əsas vəzifə mövcud əməkdaşlıq mexanizmlərini dərinləşdirməkdir. Özbəkistan və Azərbaycan mehriban qonşuluq münasibətlərini möhkəmləndirməkdə davam edir və əsl müttəfiq olmaq yolunda inamla irəliləyirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri