Özbəkistan nümayəndə heyəti AzTU da mübadilə proqramında olub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın Əndican Dövlət Texniki İnstitutu ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsinin Metrologiya və yüngül sənaye kafedrasının müdiri Yuldaşev Kozimjon Komiljonoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mübadilə proqramı ilə AzTU-da olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlarla görüşən beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov onlara universitetin tarixi, fəaliyyət istiqamətləri və hədəfləri haqqında məlumat verib. Səfər çərçivəsində Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları, eləcə də Maşınqayırma texnologiyası kafedrasının əməkdaşları ilə görüşlər keçirən qonaqlar müxtəlif mövzularda birgə tədqiqatların, məqalə və konfrans materiallarının hazırlanması imkanlarını müzakirə ediblər.
Daha sonra Əndican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti Maşınqayırma və metallurgiya fakültəsində müxtəlif tədris laboratoriyaları, eləcə də Mühəndis Gəlişdirmə Emalatxanası, orada tədrisin təşkili prosesi və mövcud olan texnoloji avadanlıqlarla tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 11 İyun 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















