Özbəkistan prezidenti millinin futbolçularına avtomobil hədiyyə etdi
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Özbəkistan millisinin futbolçularına avtomobil hədiyyə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyev göstəriş verib.
Prezidentin mətbuat xidməti milli üzvlərinə Çin istehsalı olan BYD avtomobilləri təqdim ediləcəyi barədə məlumat yayıb.
Bundan əlavə, özbək biznesmen Xurşid Turayev komandanın qapıçısına paytaxt Daşkənddə üç otaqlı mənzil verəcəyini vəd edib. Sahibkar bu barədə şəxsi instaqram hesabında bildirib.
Qeyd edək ki, Özbəkistan yığması DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində BƏƏ ilə heç-heçə (0:0) edib. Bu nəticə onların tarixdə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına şərait yaradıb. Komanda 18 xalla A qrupunda ikinci yerdədir.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-da keçiriləcək.
Baxış sayı:47
Bu xəbər 06 İyun 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















