Icma.az
close
up
RU
Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də olublar AZƏRTAC

Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də olublar AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiya nazirinin müşaviri Bobur Raximov, Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyinin Aparat rəhbəri Hahmadou Bamba, Misirin kommunikasiya və informasiya texnologiyaları nazirinin baş müşaviri Hodoka Baraka və Qambiyanın Dövlət Xidmətləri, İnzibati İslahatlar və Siyasi Koordinasiya Nazirliyinin daimi katibi Pateh Jah "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, onlar Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “ASAN xidmət”in təşkil etdiyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə Azərbaycana səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, burada tətbiq olunan innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və həmin təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildiriblər.

Özbəkistan tərəfi ilə keçirilən görüşdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nəzdindəki “Yaşnobad” innovasiyalar texnoparkı arasında 2022-ci il dekabrın 15-də imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində nəzərdə tutulan tədbirlər, birgə fəaliyyət planları, startap və akselerasiya sahələrində qarşılıqlı təcrübə proqramları müzakirə edilib.

Misir tərəfi ilə keçirilən görüşdə isə mümkün əməkdaşlıq perspektivlərinin qurulması məqsədilə anlaşma memorandumunun imzalanması sahəsində ilkin razılığa gəlinib.

Rəsmilər “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri