Özbəkistan və Bolqarıstan qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir
Icma.az, 525.az saytına istinadən bildirir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Bolqarıstan Prezidenti Rumen Radev Daşkənddə keçirilən danışıqların yekunu üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair Birgə Bəyannamə imzalayıblar.
525.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, liderlərin iştirakı ilə həmçinin ikitərəfli sənədlərin, o cümlədən Xarici İşlər Nazirlikləri arasında 2026-2027-ci illər üçün Əməkdaşlıq Proqramının və Daşkənd və Sofiya şəhərləri arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına dair sazişin mübadiləsi aparılıb.
Qeyd edək ki, Özbəkistan və Bolqarıstan prezidentləri praktiki əməkdaşlığın daha da inkişaf etdirilməsinin cari məsələlərini müzakirə ediblər.
Prezident Mirziyoyev bildirib ki, son 17 ildə ilk keçirilən Zirvə görüşü tarixi xarakter daşıyaraq, Özbəkistan-Bolqarıstan dostluq və tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.
Görüşdə parlamentlər, iqtisadi və xarici siyasət idarələri səviyyəsində qarşılıqlı fəaliyyətin intensivləşməsi dərin məmnunluqla qeyd olunub. O da vurğulanıb ki, ticarət dövriyyəsinin göstəriciləri artır, yeni sahələr üzrə əməkdaşlıq layihələri hazırlanır.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















