Icma.az
close
up
RU
ATU Özbəkistan ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

ATU Özbəkistan ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti Səmərqənd Dövlət Tibb Universitetinə (SDTU) və Daşkənd Dövlət Tibb Universitetinə (DDTU) səfərdə olublar.

Bu barədə APA-ya ATU-dan məlumat verilib.

Səfərin ilk hissəsində nümayəndə heyəti Səmərqənd Dövlət Tibb Universitetində olub. ATU-nun rektoru professor Gəray Gəraybəyli SDTU-nin həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktiki “Əsas lokalizasiyalarda cərrahiyyənin və onkologiyanın aktual problemləri„ konfransının açılış hissəsində çıxış edib.

SDTU və ATU rektorlarının görüşündə iki ali təhsil müəssisəsi arasında sıx əməkdaşlığın uğurla davam etdiyi vurğulanıb. Qeyd olunub ki, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair anlaşma memorandumu mövcuddur. Bu memorandum çərçivəsində tələbə və müəllim mübadiləsi, qarşılıqlı səfərlər və birgə elmi layihələr mütəmadi şəkildə həyata keçirilir.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli səfərin əhəmiyyətini vurğulayaraq bildirib: “Səmərqənd Tibb Universiteti ilə əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanır. Biz tədris, elmi araşdırma və innovativ layihələr sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq”.

Səmərqənd Tibb Universitetinin rektoru, professor Jasur Rizayev isə qeyd edib: “Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq bizə tədris keyfiyyətinin yüksəldilməsi və beynəlxalq təcrübə mübadiləsinin gücləndirilməsi üçün geniş imkanlar yaradır. Xüsusilə Özbəkistandan ATU-ya praktikaya gedən tələbələrimizin tədris şəraitindən və oradakı peşəkar mühitdən məmnun qalması bizi çox sevindirir. Bu, tərəfdaşlığımızın səmərəli nəticələrinin bariz nümunəsidir”.

Səfər zamanı ATU nümayəndə heyəti universitetin tədris binaları, kafedraları, klinik bazası, muzeyləri, Simulyasiya Mərkəzi ilə tanış olub. Görüşlərdə təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Səfərin ikinci hissəsində ATU-nun nümayəndə heyəti DDTU-ya səfər edib. Universitetin rektoru Şuxrat Boymuradov ATU rektorunun başçılıq etdiyi nümayəndə heyətini DDTU-da görməkdən çox məmnun olduğunu ifadə edib. DDTU-nun tarixi haqqında məlumat verən rektor qeyd edib ki, universitet 2025-ci ildə Daşkənd Tibb Akademiyası, Daşkənd Pediatriya İnstitutunun və Daşkənd Stomatologiya İnstitutunun əsasında qurulmuşdur.

ATU rektoru professor Gəray Gəraybəyli adı çəkilən qurumlara əməkdaşlıqların həyata keçirildiyini vurğulamış və bu əməkdaşlığın yeni yaradılan DDTU ilə də həyata keçiriləcəyinə inamını ifadə etmişdir.

Görüş çərçivəsində ATU və DDTU arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum birgə elmi və tədqiqat proqramların, alim və mütəxəssislərin mübadiləsini, onların peşakar inkişafını, akademik və inzibati heyətin mübadiləsini, bakalavr, magistratur və rezidentlərin mübadiləsini, birgə seminarların, konfransların və görüşlərin keçirilməsini özündə əks etdirir.

Professor Gəray Gəraybəyli ilə DDTU-nin Psixiatriya kafedrasının professor-müəllim heyəti və tələbələri arasında görüş təşkil edilib. Tədris proresi, klinik və elmi fəaliyyət, həmçinin mübadilə imkanları haqqında geniş müzakirə aparılıb.

ATU nümayəndə heyəti sonda DDTU-nin kafedraları, kitabxanası, Elektron Qeydiyyat Mərkəzi və Simulyasiya Mərkəzi ilə yaxından tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri