Özbəkistan Xarici İşlər Nazirliyi təhqiramiz videonu uydurma adlandırıb
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Özbəkistan XİN-in mətbuat katibi Axror Burxanov “Dunyo” xəbər agentliyinə müsahibəsində bildirib ki, özbək xalqını təhqir edən video Moskva və Daşkənd arasında nifaq salmaq üçün uydurulub.
Burxanovun sözlərinə görə, video aşkar edildikdən sonra araşdırma aparılıb.
“Məlum oldu ki, bu material təxribat xarakterli olub və xalqlarımız arasında münasibətlərə nifaq salmağa çalışan dağıdıcı qüvvələr tərəfindən hazırlanıb”, – mətbuat katibi bildirib.
O vurğulayıb ki, əvvəllər Rusiyada deyildiyi kimi, videodakı şəxs Rusiya Federasiyasının vətəndaşı deyil.
Rusiya FSB-nin məlumatına görə, video Litva xüsusi xidmət orqanlarının nəzarətində olan YouTube kanalında Ukraynada olan və Ukrayna Silahlı Qüvvələrinə dəstək verən Nikolayev vilayətindən olan 1984-cü il təvəllüdlü Nikolay Koçmarik tərəfindən yerləşdirilib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 Fevral 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















