Icma.az
close
up
RU
Özbəkistana səfər uğurlu oldu

Özbəkistana səfər uğurlu oldu

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 11 aprel tarixli plenar iclasında çıxış edib.
Newscenter.az həmin çıxışı təqdim edir:
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 4-dən 7-dək Özbəkistan Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransını təşkil edib, iştirak etmək və həmçinin, Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında və Assambleya çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasında iştirak etmək idi.
Xatırladım ki, bu gün Milli Məclisin sədri 5 beynəlxalq parlament təşkilatına sədrlik edir və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası bunlardan ikisidir.
Qeyd edim ki, səfərin ilk günü nümayəndə heyətinin üzvləri Daşkənddə Heydər Əliyev
Meydanında oldular. Orada biz Ulu Öndərin abidəsini ziyarət etdik və onun əziz xatirəsini ehtiramla yad etdik.
Hörmətli həmkarlar!
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransında Hərəkatın üzvü olan dövlətlərin parlamentlərindən və beynəlxalq təşkilatlarından 48 nümayəndə heyəti, başqa sözlə, 280-dən artıq nümayəndə iştirak etdi. Azərbaycanın sədrliyi ilə konfransda “Bandunq ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusunda müzakirələr aparıldı. Giriş nitqimdə mən Qoşulmama Hərəkatının təməlində dayanan Bandunq prinsiplərinin bu gün üçün əhəmiyyətindən danışdım.
Qeyd etdim ki, suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.
2019-2024-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini xatırlatdım. Onu da vurğuladım ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin bir sıra təşəbbüsləri Hərəkatın üzvləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsi, habelə onun institusional inkişafı üçün həyati əhəmiyyət kəsb etmişdir.
Cənab Prezidentin təşəbbüsü ilə Parlament Şəbəkəsinin yaradılmasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biri olduğunu bildirdim. Konfransdakı çıxışımda Parlament Şəbəkəsinə rəhbərlik etdiyim 3 il ərzində görülmüş işlər haqda danışdım.
Qeyd etdim ki, ilk növbədə, ötən dövr ərzində Şəbəkənin institusional inkişafı üzrə mühüm addımlar atılmışdır. Belə ki, Büro və 4 daimi komitə yaradılmış, Şəbəkənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində nizamnaməyə müvafiq dəyişikliklər edilmişdir.
Qeyd olunan dövrdə Parlament Şəbəkəsinin beynəlxalq əlaqələrinin gücləndirilməsi məqsədilə 8 təşkilatla əməkdaşlıq memorandumları imzalanmış, 6 təşkilatda müşahidəçi statusu əldə edilmişdir. Hazırda 7 təşkilat da Parlament Şəbəkəsində müşahidəçi statusuna malikdir.
Hörmətli həmkarlar!
Konfransda təşkilati məsələlərə baxıldı. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə Milli Məclisin sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi qərara alındı.
Konfransın yekununda Daşkənd Bəyannaməsi qəbul olundu. Bəyannamədə digər mühüm məsələlərlə yanaşı, Qoşulmama Hərəkatına üzv dövlətlərdə yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış insanların, o cümlədən Qərbi Azərbaycan İcmasının sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə ata-baba torpaqlarına qayıtmaq hüququna dəstək ifadə edilmişdir. Xatırladım ki, Asiya Parlament Assambleyasından sonra bu ikinci dəfədir ki, Azərbaycanın sədrlik etdiyi beynəlxalq parlament təşkilatının bəyannaməsində – Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində Qərbi Azərbaycan mövzusu öz əksini tapmışdır.
Hörmətli həmkarlar!
Parlamentlərarası İttifaqın 150-ci Assambleyası isə “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmişdi.
Mən həmin Assambleyada çıxış etdim. Öz çıxışımda bu günün aktual məsələləri, o cümlədən dünyada baş verən münaqişələr və geosiyasi gərginlik, iqtisadi bərabərsizlik, ekoloji və digər çağırışlar, sosial inkişaf məsələləri və onların həlli yolları barədə fikirlərimi bölüşdüm.
Xüsusən sosial inkişaf məsələləri ilə bağlı Azərbaycanın təcrübəsi və nailiyyətləri haqqında geniş məlumat verdim. Konstitusiyamızın müvafiq müddəalarına uyğun olaraq, parlament tərəfindən müxtəlif sahələrə aid əsas qanunların qəbul edildiyini və mövcud qanunların daim təkmilləşdirildiyini bildirdim.
Hörmətli həmkarlar!
Qeyd edim ki, Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclası da oldu. Həmin iclasda Assambleyanın bu ilin fevral ayında Bakıda keçirilmiş 15-ci plenar iclasının yekunlarının əlverişli imkanlar yaratdığını bildirdim. Sədrliyimiz dövründə irəli sürülən prioritetlər barədə də danışdım.
Bu prioritetlər Asiya Parlament Assambleyasının institusional imkanlarının inkişafı, üzvlərin sıralarının genişləndirilməsi və mövcud orqanların effektivliyinin artırılması ilə bağlıdır. Həmçinin qeyd etdim ki, Asiya Parlament Assambleyası konstruktiv dialoq və əməkdaşlıq üçün mühüm çoxsahəli bir qurumdur.
Hörmətli həmkarlar!
İşgüzar səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirildi. Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev ilə söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, parlamentlərimizin geniş əməkdaşlıq əlaqələrinə malik olmasından məmnunluq ifadə edildi.
Bundan başqa, hörmətli həmkarlar, 9 ikitərəfli görüş keçirdim. Onlardan Parlamentlərarası İttifaqın Baş katibi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin sədri(İCAPP), Rusiya, Pakistan, Bəhreyn, İsrail, Mərakeş parlamentlərinin sədrləri, Tolerantlıq və Sülh Təşkilatının, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirildi.
Konfransın ikinci günündə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı, eləcə də Türk Mədəniyyəti və İrsi Fondu arasında memorandumlar da imzalandı.
Hörmətli həmkarlar!
Mən hesab edirəm ki, Özbəkistan Respublikasına işgüzar səfər uğurlu oldu və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə öz dərin minnətdarlığımı bildirirəm.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see344

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see344

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see279

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see274

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see232

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see224

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see220

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see207

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see203

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see190

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see190

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see187

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see182

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see179

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see176

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see174

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see169

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see169

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see167

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri