Rubio Özbəkistana səfər edəcək
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio oktyabr ayında Özbəkistana səfər edəcək.
Redaktor.az xəbər verir ki, o, Səmərqənddə Mərkəzi Asiya-ABŞ sammitində (C5+1) iştirak edəcək və ticarət, investisiya və iqtisadi əməkdaşlıq mövzularında danışıqlar aparacaq.
ABŞ-nin Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor bildirib ki, dövlət katibinin rəhbərlik edəcəyi nümayəndə heyətinə 100-dən çox ABŞ şirkətinin nümayəndəsi daxil olacaq.
Səfərin əsas məqsədi ABŞ və Özbəkistan arasında ticarət və investisiya imkanlarını genişləndirmək olacaq. Amerika tərəfi həmçinin Mərkəzi Asiyada iqtisadi modernləşmənin dəstəklənməsi və biznes əlaqələrinin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək niyyətindədir.
Rubio səfəri çərçivəsində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan xarici işlər nazirlərinin iştirakı ilə C5+1 formatında görüşündə iştirak edəcək.
Müzakirələr regionun iqtisadi əlaqəsi, enerji təhlükəsizliyi və Mərkəzi Asiya ölkələri və ABŞ-nin digər ortaq prioritetlərinə həsr olunacaq.
ABŞ dövlət katibi Özbəkistan Prezidenti Şavkat Mirzoyoyev və regional həmkarları ilə də ayrı-ayrılıqda görüşəcək.
Baxış sayı:45
Bu xəbər 25 Sentyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















