Özbəkistanın Baş naziri və Senatın sədri səfirliyimizə gələrək başsağlığı veriblər
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı-Qroznı marşrutu ilə hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxsaylı insan itkisi ilə nəticələnən faciə ilə bağlı ikinci gündür ki, Azərbaycanın Özbəkistandakı səfirliyinə gələnlərin ardı-arası kəsilmir.
Səfirliyə gələnləri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyin əməkdaşları qarşılayıb.
Bu gün səhər saatlarında Özbəkistanın Baş naziri Abdulla Aripov səfirliyə gələrək səfir Hüseyn Quliyevə və Azərbaycan xalqına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. Abdulla Aripov səfirlikdə açılan xatirə kitabına ürək sözlərini yazıb.
Səfir təyyarə qəzası barədə Baş nazirə məlumat verib.
Özbəkistan Ali Məclisi senatının sədri Tənzilə Narbayeva da ölkəmizin Özbəkistandakı səfirliyinə gələrək təyyarə qəzasında həlak olanların doğma və əzizlərinə, səfir Hüseyn Quliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xatirə kitabına ürək sözlərini yazıb, təyayrə qəzasında yaralananların tezliklə sağalmasını, öz ailələrinə qayıtmasını arzulayıb.
Dekabrın 27-də bütün gün ərzində Özbəkistan hökumətinin üzvləri, nazirlər, komitə sədrləri, Ali Məclisin və Senatın deputatları, alimlər, mədəniyyət və incəsənət xadimləri səfirliyə gələrək faciə ilə bağlı kədərlərini ifadə ediblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Dekabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















