Icma.az
close
up
RU
Özəl mülkiyyət bəhanəsi ilə qiymət oyunu: Parkinqlərdə süni artım niyə dayandırılmır?

Özəl mülkiyyət bəhanəsi ilə qiymət oyunu: Parkinqlərdə süni artım niyə dayandırılmır?

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda bir sıra ticarət mərkəzlərində parklanma qiyməti bahalaşıb. Özü də yüz faizlik artım qeydə alınıb. Hazırda ticarət mərkəzlərinin parkinqində yeni parklanma qiymətləri belədir: 0-1 saat - 2 AZN; 1-2 saat - 3 AZN; 2-3 saat - 6 AZN; 3-5 saat - 8 AZN; 5-7 saat - 12 AZN; 7-24 saat - 20 AZN. Yüz faizlik qiymət artımı ticarət mərkəzlərinə şəxsi avtomobilləri ilə gələn müştərilər, burada fəaliyyət göstərən sahibkarlar və digər işçilər tərəfindən narazılıqla qarşılanır. Pravda.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Məsələyə münasibət bildirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında vurğulanıb ki, bu kimi iaşə obyektlərinin parklanma ərazisi mülkiyyətçiyə aiddir. Bu səbəbdən ticarət mərkəzlərindəki parkinq zonasındakı qiymətlərə nəzarət mümkün deyil.

İqtisadçı Altay İsmayılovun sözlərinə görə, qeyd olunan iaşə obyektlərinin yeraltı parklanmasında yüz faizlik qiymət artımının heç bir iqtisadi əsası yoxdur: "Hansı dəyişikliklər qeydə alınıb ki, onlar qiymətləri heç bir səbəb olmadan bu qədər yüksəltmək qərarı veriblər? Həmin yerlərin əməliyyat xərcləri artıb, yoxsa işçilərinin əməkhaqlarında artım olub, kommunal xidmətlərin qiyməti yüksəlibmi? Yaxud belə bir qiymət artımı üçün ölkədə yüz faizə yaxınlaşan inflyasiya olmalıdır ki, bunu kompensasiya etmək üçün bu addımı atmış olsunlar. Əhalinin gəlirlərində də ciddi artım müşahidə edilməlidir ki, qiymət artımını başa düşə bilək. Həmin obyektlər belə addım atdıqda, bunu əsaslandırmalıdırlar".

İqtisadçı bildirib ki, həmin obyektlər qiymət artımından öncə vətəndaşları məlumatlandırmalı idilər: "Artımı izah edib, əsaslandırmaq lazım idi. Belə etsəydilər məlum narazılıqlar da meydana gəlməzdi. Vətəndaşlar bilərdilər ki, bu obyektlər məcburiyyətdən bu addımı atmalı olublar".

A.İsmayılovun fikrincə, bu qərar həmin obyektlərə gələn vətəndaşların sayına təsir edə bilər: "Ölkəmizdə bir çox iri marketlər mövcuddur. Hansı ki, əksəriyyətinin ətrafında, önündə parkinq yerləri var. Həmin ərazidə vətəndaşlar pulsuz şəkildə maşın saxlaya bilirlər. Pulsuz olmasının əsas səbəbi də vətəndaşları həmin obyektlərə daxil olmağa təşviq etməkdir. Ticarət mərkəzlərində də parkinqə daxil olan insanlar, istənilən halda oranın xidmətlərindən faydalanırlar. Yəni ya mağazalardan alış-veriş edirlər, yaxud restoranda əyləşir, əyləncə məkanlarında əylənirlər. Hər bir halda həmin obyektlərə fayda vermiş, gəlir gətirmiş olurlar. Həmin ödənişlərlə ticarət mərkəzləri xərclərini qarşılayır. Müştərilər nə qədər çox gələrsə, o qədər də kirayələnən yerlərin ödənişi artır".

İqtisadçının sözlərinə görə, ticarət mərkəzlərinə gələn insanların maşınlarını saxlaması üçün elə çox alternativi də mövcud deyil: "Çünki yol kənarlarında salınan parkinq yerləri kifayət etmir. Haradasa uzaqda saxlayıb ticarət mərkəzlərində alış-veriş etmək də vətəndaşa sərfəli deyil. Vətəndaş alış-veriş üçün həmin obyekti seçirsə, əvəzində onu rahatlığı üçün parkinqlə təmin etmək lazımdır. Bu şəkildə qiymət artımı ilə təmin edildikdə vətəndaşların büdcəsinə ciddi şəkildə təsir edir".

A.İsmayılovun fikrincə, əlaqədar qurumların məsələyə müdaxilə etməsi mümkündür. Çünki bir çox hallarda süni qiymət artımı olduğu zaman qiymətlərə müdaxilə edə bilirlər.

Nəqliyyat eksperti Adil Nəbiyev isə düşünür ki, ticarət mərkəzləri dövlət obyekti olmadığından istədikləri qiyməti tətbiq edə bilərlər: "Amma təbii ki, son zamanlar bir çox ticarət mərkəzlərində qiymətlərin bu cür süni şəkildə qaldırılması vətəndaşları narahat edir. Çox təəssüf ki, parkinq də həmin iaşə obyektlərinin şəxsi ərazisi hesab olunur. Görürlər ki, vətəndaşlar arasında da tələbat var, maşınlar çox gəlir, fürsətdən istifadə edərək qiymətləri qaldırırlar".

A.Nəbiyevin fikrincə, qeyri-iş günləri, həmçinin bayram günlərində ödənişsiz parkinq tətbiqi vətəndaşlar üçün daha sərfəli olar: "Çünki qanunda da bayram günlərində güzəşt olunması qeyd olunub. Belə olarsa, vətəndaşlar arasında narazılıq az da olsa, səngiyər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 İyun 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see352

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see182

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see175

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see152

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see141

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see137

İsrail İran münaqişəsi fonunda Azərbaycanda saxta xəbərlər yayılır Rəsmi

13 İyun 2025 14:51see127

Yəmən İsrailə raket hücumuna başladı

13 İyun 2025 22:41see122

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see120

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see119

ASAN xidmət və ASAN kommunal mərkəzləri bu tarixlərdə işləməyəcək

13 İyun 2025 10:33see117

D vitamini analizini kimlər nə üçün verməlidir?

13 İyun 2025 11:24see117

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see117

Azərbaycanlı aktrisa boşana bilmir: Üçüncü həyat yoldaşıyam...

14 İyun 2025 19:22see114

Təl Əvivdə son vəziyyət Fotolar

14 İyun 2025 05:45see113

İran İsrail müharibəsi olacaqmı? Politoloq

13 İyun 2025 18:12see113

İlanlar evləri basıb, Lerik Rayon İcra Hakimiyyəti tədbir görmür VİDEO

15 İyun 2025 00:39see113

ABŞ da İsrailin İran Hərbi Hava Qüvvələri komandirlərini necə tələyə saldığı açıqlanıb

13 İyun 2025 18:41see113

“Elektron Hərrac Portalı” vasitəsilə 140 əmlakın realizəsi həyata keçirilib

13 İyun 2025 18:55see112

Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəza olub

14 İyun 2025 02:41see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri