Icma.az
close
up
RU
Özəl tibb müəssisələrinin rəhbərləri tibb heyəti ilə əmək müqaviləsi bağlamalıdırlar

Özəl tibb müəssisələrinin rəhbərləri tibb heyəti ilə əmək müqaviləsi bağlamalıdırlar

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, planlı və plandankənar yoxlamalar zamanı özəl tibb müəssisələrinin sənədləri araşdırılır və qeydə alınır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.

Onun sözlərinə görə, özəl tibb müəssisələrinin rəhbərləri tibb heyəti ilə mütləq əmək müqaviləsi bağlamalıdırlar. Lakin yoxlamalarda məlum olur ki, bəzi müəssisələr müqaviləsiz əməkdaşlıq edir.

Tamam Həsənova bildirib ki, yoxlamalar zamanı müəssisənin tibbi personalına dair şəxsi işlər araşdırılır. Bundan əlavə, əmək müqaviləsi bağlanmış şəxslərin məlumatları Səhiyyə Nazirliyinin Tibb işçilərinin reyestrində yoxlanılır. Bəzən işçilərin diplomu, sertifikasiyasının olmaması və ya müddətinin bitdiyi aşkarlanır. “Əgər müqavilə yoxdursa, pasiyentin sənədləri, qeydiyyat vərəqələri yoxlanılır. Pasiyentə tətbiq edilmiş bütün müayinələr, analizlər və müalicələr qeyd olunmalıdır. Qeydiyyatsız şəxslər aşkar edilərsə, reyestr vasitəsilə araşdırma aparılır. Vətəndaşlar, dövlət orqanları və ya media tərəfindən daxil olan əsaslı müraciətlər nəticəsində faktlar yoxlanılır. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilirlər”.

Tamam Həsənova qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili və qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə görə, fiziki şəxslər 300-500, vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 manatadək məbləğdə cərimə edilirlər. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see280

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see200

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see189

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see151

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see151

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see135

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see134

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see133

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see131

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see131

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see125

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see125

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri