Icma.az
close
up
RU
Özəl yeni partiya yaradır: Adı gizli, tarix açıq

Özəl yeni partiya yaradır: Adı gizli, tarix açıq

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə məhkəmənin CHP ilə bağlı (Cümhuriyyət Xalq Partiyası) “mütləq etibarsızlıq” qərarından sonra partiya daxilində gərginlik davam edir. 

CHP qrup sədri Özgür Özəl yeni siyasi partiyanın yaradılması istiqamətində aparılan hazırlıqların son mərhələyə çatdığını bildirib. 

“Cebheinfo.az” xəbər verir ki, o, partiyanın nizamnaməsi, proqramı və loqosu üzərində işlərin demək olar tamamlandığını bildirib. Rəsmi addımın isə iyulun sonu – avqustun əvvəlində atılması planlaşdırılır. 

Özgür Özəl hazırkı CHP rəhbərliyi ilə bağlı davam edən hüquqi proseslərə də toxunub. O bildirib ki, partiya qurultayının keçirilməsi üçün kifayət qədər nümayəndənin imzası toplansa da, bu tələb yerinə yetirilməyib: 

“Son seçkidə Kamal Kılıçdaroğluna səs vermiş 600-dən çox nümayəndənin 500-ə yaxını qurultayın keçirilməsi üçün imza verib. Biz həmin imzaları təqdim etmişik, lakin buna baxmayaraq, qurultay keçirilmir. 

Bununla bağlı məhkəmə və Yargıtay prosesləri davam edir”, – deyə Özəl bildirib. O, həmçinin mümkün növbədənkənar və ya qəfil seçki ehtimalını nəzərə alaraq bütün variantların dəyərləndirildiyini vurğulayıb.

“Bir qrup partiyanın yaradılması istiqamətində çalışır, digər qrup isə ehtiyat variant kimi mövcud siyasi partiyalarla danışıqlar aparır. Əgər qəfil seçki elan olunsa, seçkilərə qatılmaq üçün hazır partiyanın olması vacibdir. 

Hazırda nizamnamə və proqram hazırlanır, təsisçilər müəyyənləşdirilir. İyulun sonu və avqustun əvvəlində bu istiqamətdə rəsmi addım atılacaq”, – deyə o qeyd edib. Yeni partiyanın adı ilə bağlı yayılan iddialara münasibət bildirən Özgür Özəl bildirib ki, bu məsələ ilə bağlı müəyyən razılıq formalaşsa da, hələ yekun qərar verilməyib:

“Müxtəlif adlar səsləndirilir. Ad və loqo üzərində iş gedir. Ümumi qəbul olunan bir ad formalaşmağa başlayıb, lakin hələlik onu açıqlamaq istəmirik. Hələlik sadəcə “yeni partiya“ deyək”, – deyə CHP rəsmisi vurğulayıb. 

Aişə Abdulova 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri