Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Özəldə 730 manata olan əməliyyat dövlətdə 2 mindən baha başa gəlir Səbəb nədir? ARAŞDIRMA

Özəldə 730 manata olan əməliyyat dövlətdə 2 mindən baha başa gəlir Səbəb nədir? ARAŞDIRMA

Icma.az bildirir, Milli.az portalına istinadən.

İqtisadiyyatda pul çox vaxt soyuq bir vasitə kimi görünür. Amma əslində büdcədəki hər manat, hər dollar vətəndaşın zamanının, enerjisinin və zəhmətinin dövlətə etibar edilmiş formasıdır. Büdcə rəqəm yox, "Çevrilmiş Əməkdir". Dövlət rəsmisi büdcədən xərcləmə edərkən dövlətin pulunu deyil, müəllimin, fəhlənin, həkimin və ya sahibkarın alın tərini xərclədiyini dərk etməlidir.  Qənaət "Xəsislik" deyil, səmərəlilikdir. Qənaət xərcləri kəsmək (məsələn, təhsildən və ya səhiyyədən qısnamaq) deyil israfın önünə keçməkdir. Zəngin dövlətlər belə resursları sonsuz hesab edib israf etsələr, bir gün səfalətlə üz-üzə qalarlar.Ona görə də inkişaf etmiş dövlətlər(məsələn, Skandinaviya ölkələri və ya Yaponiya) daim zəngin qalmaları üçün israf etmirlər.

Milli.Az xəbər verir ki, Azərbaycanda dövlət bir xəstənin dövlət xəstəxanasında müalicəsi üçün əslində iki fərqli cibdən pul xərcləyir: İcbari Tibbi Sığorta (İTS) Fondu tibbi xidmət haqqını ödəyir. (məsələn, katarakta əməliyyatı 1300 AZN). Dövlət Büdcəsi/Səhiyyə Nazirliyi isə digər xərcləri ödəyir: Kommunal xərclər(İşıq, qaz, su), binanın təmiri, saxlanması, təchizat: (bahalı MRT, KT aparatlarını tenderlə çox vaxt bazar qiymətindən də baha alır və xəstəxanaya verir) ,sabit maaşlar (həkimlərin və personalın bonuslar xaric baza maaşları).

Nəticədə dövlət xəstəxanasında bir katarakta əməliyyatı dövlətə 1300 AZN (Xidmət) + Kommunal + Avadanlıq + Maaş = Təxminən 2500-3000 AZN-ə başa gəlir (şərti rəqəm). 

Bəs İTS xəstəni özələ göndərəndə nə baş verir?

Sadəcə xidmət haqqını (məsələn, katarakta əməliyyatı üçün 730 AZN) ödəyir. Özəl xəstəxana həmin 730 manatın içindən həkimin maaşını ödəyir, avadanlığını özü alır, tibbi sərfiyyatları alır, kommunal xərclərini ödəyir, personalın maaşını verir, binasını təmir edib saxlayır və ən əsası dövlətə vergi ödəyir! Nəticədə özəl xəstəxanada eyni əməliyyat dövlətə cəmi 730 AZN-ə başa gəlir, üstəlik vergi şəklində bir hissəsi geri qayıdır.

Bəs dövlət niyə özünə ziyan edir? Əgər özələ göndərmək dövlət üçün 3-4 qat daha ucuzdursa, niyə xəstəni zorla, baha başa gələn dövlət xəstəxanasına göndərirlər?

Əgər hamı özələ getsə dövlət xəstəxanaları boş qalacaq, dəhlizlərdə yel əsəcək. Maliyyə Nazirliyi haqlı olaraq sual verəcək: "Əgər bu xəstəxanalara heç kim gəlmirsə, biz niyə milyardlarla vəsait ayırıb bu nəhəng binaları saxlayırıq? Niyə TƏBİB adlı nəhəng bir quruma ehtiyac var?". Xəstəxana işləsin deyə ora daim dərman, ərzaq, tibbi ləvazimat, bahalı avadanlıqlar alınır və binalar təmir olunur. Bu satınalmalar dövlət büdcəsindən milyonlarla manat xərc deməkdir. Əgər xəstə olmasa, "bizə yeni tomoqrafiya aparatı lazımdır" və ya "bu il 1 ton dərman lazımdır" deyib tender elan edə bilməzlər. 

Özəl sektora gedən pul isə bu çarxı dayandırır. Dövlət faktiki olaraq, sizin sağlamlığınız və pulunuz hesabına, səmərəsiz, baha və keyfiyyətsiz bir sistemi süni nəfəs aparatında saxlayır. 

Dövlət xəstəxanasına 1300 manat ödəmək, İTS (dövlət qurumu) üçün, özəl xəstəxanaya 730 manat ödəməkdən daha "sərfəli" sayılır. Niyə? Özəl sektora gedən pul sistemdən çıxır. O pul gedir sahibkara, vergiyə və s. İTS o pulu itirmiş sayılır. Dövlət xəstəxanasına gedən pul: Sistemdə qalır.

İTS pulu TƏBİB-in tabeliyindəki xəstəxanaya köçürəndə, faktiki olaraq dövlət pulu öz daxilində dövr etdirir. Nəticədə onlar üçün önəmli olan xidmətin ucuz başa gəlməsi yox, maliyyə axınının öz sistemlərindən kənara çıxmamasıdır. Yəni, "bizim pulumuz yadın (özəl sektorun) cibinə getməsin, qoy elə öz xəstəxanamızda qalsın, lap baha olsa da olar".

Bu, büdcə vəsaitinin səmərəsiz və məqsədyönlü şəkildə israf edilməsidir.

Keçək digər məsələyə: ITS-lə pasientin həkim seçmə hüququna

Hamıya məlumdur ki, icbari tibbi sığorta sistemində biz vətəndaşların həkim seçimi azadlığı faktiki olaraq əlimizdən alınıb. İllərdir tanıdığımız, güvəndiyimiz həkim özəl klinikadadırsa, təəssüf ki, ona müraciət edə bilmirik. Agentlik rəsmi şəkildə bildirir ki, 200 özəl klinika ilə müqavilə var və əgər lazım olan xidmət dövlət xəstəxanasında yoxdursa, vətəndaş özələ yönləndirilə bilər.

Amma gəlin görək, reallıq necədir?

Biz heç dövlətdə göstərilməyən xidmət üçün belə göndəriş ala bilmirik. Hətta bütün xidmətlərin dövlət xəstəxanalarında mövcud olduğunu qəbul etsək belə, vətəndaşı həkim seçmək azadlığından məhrum etmək doğru deyil. Əgər hər həkimin diplomu var deyə, hamısını eyni tərəziyə qoyursunuzsa, yanılırsınız. Diplom bərabərlik göstəricisi deyil. Lisenziya imtahanları sadəcə "minimum standartı" yoxlayır. Lakin tibb təkcə elm deyil, həm də sənətdir. Bir cərrahın anatomiyanı bilməsi ilə onun əlinin yüngüllüyü, toxumalarla işləmə incəliyi və anlıq qərarvermə bacarığı tamamilə fərqli şeylərdir. Bu, notları bilən hər kəsin virtuoz bəstəkar ola bilməməsinə bənzəyir. Diaqnoz qoymaq təkcə analiz nəticələrinə baxmaq deyil, xəstəni "duymaq"dır. Bəzi həkimlər xəstəni dinləyir, bəziləri isə yola verir. Müalicədə ən vacib amil inamdır. İnamın olması sağalmağın yarısıdır. Əgər pasient həkiminə inanmırsa, şüuraltı olaraq müalicəyə müqavimət göstərir. Pasientin tam güvəndiyi həkimin təyin etdiyi adi bir vitamin belə, məcburi yönləndirilən həkimin güclü dərmanından daha yaxşı təsir edə bilər. Çünki psixosomatik rahatlıq immuniteti gücləndirir. Seçim haqqı olmayan yerdə xidmət alan tərəf yox, girov vardır. Əgər ödəniş məcburi tutulursa, ən azından canımı və sağlamlığımı kimə əmanət edəcəyimi seçmək mənim müstəsna hüququmdur. Maaşımdan tutulan vəsait sədəqə deyil, xidmət haqqıdır. Xidmət alan tərəf isə minnət götürməz, keyfiyyət tələb edər. Məni inamım olmayan bir həkimə məcbur etmək, mənim 'xidmət alan' hüququmu əlimdən alıb, məni "girov"a çevirməkdir. Sanki dövlət bizə pulsuz saç kəsimi talonu verir, amma deyir ki, "yalnız bu bərbərdə kəsdirə bilərsən, istər qulağını kəssin, istər saçını xarab eləsin. Mənə inanmalısan, çünki başqa çarən yoxdur.

Vətəndaş haqqlı olaraq düşünür: "Pulumu məndən soruşmadan kəsirsən, amma xidməti seçməyə icazə vermirsən". Normalda siz pul ödədiyiniz hər hansı bir xidmətdə (istər sığorta, istər bərbər) "xidmət alan" tərəfsiniz və sizin seçim etməniz haqqınızdır. İTS-in mahiyyətinə görə, hər ay maaşdan tutulan sığorta haqqı bir növ sağlamlıq vergisidir. Onların yanaşması budur: "Pulsuz tibbi xidmət istəyirsənsə mənim çaldığım musiqiyə oynayacaqsan".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:384
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri