Icma.az
close
up
RU
Özəlləşdirmə çekləri ilə bağlı mühüm xəbər: Dövriyyədən çıxarılmayıb?

Özəlləşdirmə çekləri ilə bağlı mühüm xəbər: Dövriyyədən çıxarılmayıb?

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özəlləşdirmə çekləri ilə bağlı çox mühüm bir proses getməkdədir. Belə ki, sonuncu məhkəmədə - 6 dekabr 2023-cü ildə Bakı İnzibati Məhkəməsində Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin şifahi ifadəsini - yəni, "dövlət özəlləşdirmə çekləri 2011-ci ildə dövriyyədən çıxarılmışıdır və bu səbəbdən həmin çeklərin hər hansı hüquqi qüvvəsi yoxdur" ifadəsini hakim öz verdiyi Qərardadda əsas kimi göstərdi və qeyd etdi: “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsi nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Göründüyü kimi, iddiaçılar kompensasiya tələbini irəli sürmək üçün qanunla müəyyən olunan iddia müddətini ötürüblər".

Bu zaman isə bir sual ortaya çıxır ki, əgər hakimin və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin dediyi kimi, Özəlləşdirmə Çekləri cənab Prezidentin Fərmanına uyğun şəkildə qanunvericiliklə dövriyyədən çıxarılıbsa, hansı qanunvericilik aktı ilə dövriyyədən çıxarılıb? 

Çünki Qiymətli Kağızları 2010 - 2016-cı illərdə dövriyyədən çıxarılması Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə aid olub. Sonradan bu səlahiyyət qanunla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi. 
Qeyd etməliyik ki, həmin dövlət orqanlarının verdiyi rəsmi sənədlərdə cənab Prezidentin Fərmanına uyğun olaraq  özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasını tənzimləyən qanunvericilik aktı hələ hazırlanmadığı üçün gələcəkdə Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılacağı yazılıb.

Məhkəmənin gedişində də bu rəsmi dövlət sənədləri vəsatətlə hakimə təqdim edilildi, ancaq bu hüquqi faklara hakim biganə qalaraq, Konstitusiya və qanunları pozaraq düzgün qərar vermədi.  Sitat.info, Ayna.az və digər media orqanları  çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq Ədiliyyə Nazirliyinə və Mərkəzi Banka sorğular göndərdi. 

Çünki əgər doğrudan da özəlləşdirmə çekləri dövriyyədən çıxarılmış olsaydı, mütləq dövlət qanunvericilik aktı olmalı idi.

Ədliyyə Nazirliyindən aldığımız cavab belə oldu: "Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasında dövriyyəyə  buraxılmış  dövlət  özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 75 nömrəli Fərmanının 1.2-ci bəndinə qeyd edilən dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılılması qaydaları Hüquqi Aktların Dövlət Reyestrində mövcud deyil".

Göründüyü kimi, qanunla özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıb və bu səbəbdən də kompensasiya müddətini keçməyib. Qanunla - xüsusən Mülki Məcəllə ilə Qiymətli Kağızların dövriyyədən çıxarılması səlahiyyəti bu gün Mərkəzi Banka aiddir.  Mülki məcəllənin "QİYMƏTLİ KAĞIZLAR" adlı 54-cü fəslində bu qaydalar öz əksini tapıb. Burada özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu və Qanunla necə dövriyyədən çıxarılmalı olduğu birbaşa tələb olaraq qoyulub.

Daha ətraflı yuxarıda təqdim etdiyimiz videomaterialdan izləyə bilərsiniz. 

 Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sitat.info
archiveBu xəbər 08 Fevral 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri