Icma.az
close
up
RU
Özgür Özəl Türkiyədə protest elektoratının liderinə çevrildi ŞƏRH

Özgür Özəl Türkiyədə protest elektoratının liderinə çevrildi ŞƏRH

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə baş verən proseslərə münasibət bildirmədim. Bunu doğru saymadım ona görə ki, qardaş ölkəmizin daxili məsələlərinə kənardan rəy bildirmək, tərəf tutmaq, hadisələrə Azərbaycanın milli maraqlarından deyil, Türkiyə hakimiyyətinin və müxalifətinin arqumentlərindən yanaşmaq yersiz olardı. Ancaq bir müşahidəmi sizlərlə bölüşmək istəyirəm.

Gözlərimizin önündə Türkiyədə yeni bir lider parladı- Özgür Özəl!

Son hadisələrə qədər Özgür Özəl Kamal Qılıncdaroğlunu CXP sədrliyindən uzaqlaşmasını və CXP-nin illərin inersiyası ilə bələdiyyə seçkilərində qələbəsini təmin etmiş və bunun üçün uzlaşma nəticəsində partiyanın sədri olmuş bir fiqur idi. Hacı Çələbi xanın Pənahəli xan haqqında dediyi məşhur sözü xatırlayın: "Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq".

Bəli, "Saraçhane prosesi" bu vaxtadək sikkəsiz gümüş olan Özgür Özələ liderlik əyarı verdi.

O, kütləni mükəmməl bir şəkildə təşkilatlandırdı, idarə etdi, amma ən başlıcası rasional hesabları kütlənin emosiyasına qurban vermədi. Əsl siyasətçi hara gedəcəyini bilməli olduğu kimi, harada dayanacağını və prosesin müstəvisini necə dəyişəcəyini də bilməlidir. Bu baxımdan Özgür Özel artıq sadəcə CXP-nin lideri deyil, eyni zamanda, Türkiyədə protest elektoratının nəhəng simalarından biridir. Bu artıq o qədər böyük siyasi resursdur ki, heç bir əks kampaniya ilə onu yaxın on illiklərdə sıradan çıxarmaq mümkün deyil.

Ona görə də Özgür Özelin hakimiyyət uğrunda mübarizənin nəticələrinə əsasən harada, hansı mövqedə olmasından asılı olmayaraq Türkiyənin gələcəyinə yön verən bir lider kimi nəzərdən keçirilməsi doğru olar. AKP və MHP-nin bu gün də olmasa da sabah lider əvəzlənməsinə möhtac olduğunu nəzərə alanda, CXP-nin gənc, dinamik, rasional və xarizmatik bir liderlə önə çıxması zaman resursunu da Özgür Özəlin lehinə yönəldir. Düzdür, o, hələ Rəcəb Tayyib Ərdoğan, Dövlət Baxçalı qədər təcrübəli, təsirli, siyasi dəngələrə hakim biri deyil. CXP-nin daxilində və xaricində də lider kimi yetərincə problemi var. Mənim təhlil və proqnozuma görə, o, sözügedən çoxsaylı problemlərin öhdəsindən irəli qaçmaqla yox, mümkün qədər arxa planda qalaraq oyunqurucu kimi çıxış etməklə gələ bilər. Bu, keyfiyyət isə onda var.

Nəhayət, bir incə məqama da diqqət çəkim ki, Özgür Özel Mersində doğulsa da, Türkiyənin və CXP-nin qurucusu Mustafa Kamal Atatürk kimi, əslən Selanikdəndir. Bu məqam Türkiyə siyasətinin dərin qatları baxımından son dərəcə əhəmiyyətli nüansdır. Siyasətin ən böyük hissəsi heç zaman açıq olmur.

Taleh ŞAHSUVARLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 26 Mart 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri