Özləm Kahramaner: Azərbaycanla əməkdaşlıq Türk dövlətləri ilə rəqəmsal inteqrasiyaya töhfə verəcək
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycanla rəqəmsal identifikasiya üzrə əməkdaşlığa başlayırıq”.
“APA-Economics” xəbər verir ki, bu barədə Türkiyənin “Arksigner” şirkətinin həmtəsisçisi Bakıdakı Türk Dövlətləri InsurTech Zirvəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, rəqəmsal identifikasiya və imza sistemlərinin inteqrasiyası sığorta sektorunda müştəri tanıma (KYC) və onboarding (müştərinin xidmətə ilk daxil olma prosesi) mərhələlərini sadələşdirəcək, əməliyyatları daha təhlükəsiz və sürətli edəcək: “Türkiyədə bir çox yeni inteqrasiyalar həyata keçirmişik. Hazırda Azərbaycanın “SİMA” platforması ilə əməkdaşlıq əlaqələrinin qurulması üzərində də işləyirik. Bu, iki ölkə arasında rəqəmsal identifikasiya sahəsində mühüm addım olacaq.”
Ö. Kahramanerin sözlərinə görə, belə əməkdaşlıqlar Türk Dövlətləri arasında rəqəmsal imza və identifikasiya sistemlərinin uyğunlaşdırılmasına, həmçinin sığorta xidmətlərinin transsərhəd rəqəmsal inteqrasiyasına töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 29 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















