Icma.az
close
up
RU
Qarşılıqlı etimada əsaslanan çoxtərəfli əməkdaşlıq modeli

Qarşılıqlı etimada əsaslanan çoxtərəfli əməkdaşlıq modeli

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Elşən Alıyev

​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Prezident İlham Əliyevin 8 dekabr tarixində Slovakiyaya səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki dövlət arasında münasibətlərin mahiyyətini, çoxşaxəli əməkdaşlığın inkişaf dinamikasını və gələcək perspektivlərini əhatə edir. Bu bəyanat Slovakiya ilə münasibətlərin hazırkı vəziyyətini göstərir, həmçinin Avropa regionunda dəyişən geosiyasi reallıqlar fonunda strateji tərəfdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, tərəflər arasında yüksək səviyyəli siyasi dialoq qarşılıqlı etimada, açıq mövqelərə və praqmatik yanaşmaya əsaslanır. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bu tərəfdaşlığın gələcək mərhələlərinin konturlarını müəyyənləşdirən strateji yol xəritəsini ortaya qoyur.

Slovakiya ilə ölkəmiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi hər iki dövlətin siyasi kursunda mühüm yer tutur. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrə yeni məzmun qazandıraraq siyasi əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmışdır. Bu dost ölkənin ötən ay Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda yüksək səviyyədə təmsil olunması tərəflər arasında siyasi həmrəyliyin təzahürüdür.

Enerji təhlükəsizliyi istiqamətində əməkdaşlıq Prezident İlham Əliyevin bəyanatında vurğulanan məsələlərdən biridir. Qlobal enerji bazarlarında qeyri-müəyyənliklərin artdığı bir zamanda Azərbaycan özünü sabit, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi təsdiqləyib. Hazırda ümumi qaz ixracının 25 milyard kubmetrə çatması, bunun yarısının Avropa ölkələrinə yönəldilməsi və həmin göstəricilərin gələcəkdə daha da artırılması ölkəmizin strateji rolunu möhkəmləndirir. Slovakiya ilk dəfə olaraq ötən il Azərbaycan qazını qəbul edib və bu, iki ölkə arasında enerji əməkdaşlığının yeni mərhələsinin başlanğıcıdır. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Bu mövqe ölkəmizi Avropa enerji sisteminin əsas mərkəzlərindən birinə çevirir və Slovakiya ilə iqtisadi əlaqələrin genişlənməsi üçün real zəmin yaradır.

Dövlətimizin başçısı bəyanatında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələsini də vurğulayıb. Sözügedən əməkdaşlıq hərbi məqsədlərdən daha çox sənaye və texnologiya sahəsində sinerji yaratmaq məqsədi daşıyır. Slovakiya yüksək texnologiyalar sahəsində ciddi təcrübəyə malikdir, Azərbaycan isə müasir sənaye istehsalında böyük maliyyə və təşkilati imkanlara sahibdir. Bu iki üstünlük birləşərək beynəlxalq bazarlara çıxış üçün yeni məhsulların hazırlanmasına şərait yaradacaqdır. Optimal yanaşma gələcəkdə iqtisadi fayda gətirəcək, eyni zamanda texnoloji modernləşmə prosesində ölkələrin mövqelərini daha da gücləndirəcək.

Səfər zamanı diqqət mərkəzində olan digər mühüm istiqamət nəqliyyat və logistika məsələləridir. Prezident İlham Əliyev ölkəmizin Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağı kimi rolunu bir daha vurğulayaraq bildirib ki, Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və sabit marşrut məhz Azərbaycan ərazisindən keçir. Son illər nəqliyyat infrastrukturuna yatırılmış iri həcmli sərmayələr ölkəni regional logistika mərkəzinə çevirib. Bu kontekstdə Slovakiya ilə əməkdaşlıq xüsusilə vacibdir, çünki Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi hər iki tərəfin iqtisadi maraqlarına tam uyğundur. Gələcək illərdə nəqliyyat sektorunda əlavə vəsait yatırılacaq və bu faktor iki ölkə arasında yükdaşımaların həcmini artırmağa imkan verəcək.

Prezident İlham Əliyevin bəyanatında müzakirə olunan mövzulardan biri də rəqəmsal iqtisadiyyat və data mərkəzləri sahəsində əməkdaşlıqdır. Azərbaycanın geniş enerji potensialı, xüsusilə də hazırda istifadə olunmayan 2 giqavatlıq və yaxın illərdə 8 giqavata yüksələcək resurslar beynəlxalq data mərkəzlərinin yaradılması üçün əhəmiyyətli üstünlük yaradır. Ölkənin iqlim şəraiti bu sahədə əlavə üstünlükdür, çünki soyuq bölgələrdə böyük data sistemlərinin saxlanması enerji qənaətinə imkan verir. Bütün bunlar Slovakiya şirkətləri ilə rəqəmsal texnologiyalar üzrə əməkdaşlığı genişləndirməyi məqsədəuyğun edir.

İki ölkə arasında diplomatik münasibətlərin tarixi də əməkdaşlığın etibarlı təməllər üzərində qurulduğunu göstərir. Hazırda dövlətlər arasında 13 sənəddən ibarət müqavilə-hüquq bazası mövcuddur və bu sənədlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın normativ-institusional əsasını təşkil edir.

Prezident İlham Əliyevin Slovakiya səfəri bir daha göstərir ki, iki ölkə arasında tərəfdaşlıq uzunmüddətli strateji perspektivlərə əsaslanır. Enerji, sənaye, rəqəmsal iqtisadiyyat, nəqliyyat və siyasi əməkdaşlıq sahələrində əldə olunan razılaşmalar gələcək dövrdə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçəcəyini göstərir. Bu səfər Avropa ilə əlaqələrin möhkəmləndirilməsi baxımından, həm də qarşılıqlı etimada əsaslanan çoxtərəfli əməkdaşlıq modeli kimi xüsusi əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Dekabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri